beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vüqar Mürsəlov

Həyatı
Mürsəlov Vüqar Mirəzbər oğlu 10 mart 1963-cü ildə Cəlilabad rayonunun Göytəpə şəhərində dünyaya gəlmişdir. 1980-ci ildə 1 saylı orta məktəbi bitirdikdən sonra Bakı texniki peşə məktəbində təhsilini davam etdirmişdir. Sonra Bakı Politexnik Texnikumuna daxil olaraq oranı əla qiymətlərlə başa vurur. Hərbi xidmətiniə Belorusiyanın Brest şəhərində keçirir və qvardiya baş çavuşu, tankçı adları ilə ordudan tərxis olunur.

Göytəpə Avtomobil Təmiri Zavodunda öz ixtitsası üzrə əmək fəaliyyətinə başlayır. 1991-ci ildə Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul edilir və torpaqlarımızın müdafiəsinə qalxır. Füzuli, Ağdam, Xanlar, Laçın, Şuşa, Goranboy, Ağdərə istiqamətində gedən döyüşlərdə ölüm - dirim mübarizəsinə qalxır.

Vüqar Mürsəlov 9 iyun 1992-ci ildə Tərtər rayonunun Cəmilli kəndi istiqamətində gedən döyüşdə vuruşmuş və qəhrəmanlıqla həlak olmuşdur.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Subay idi.

Mükafatları
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Mürsəlov Vüqar Mirəzbər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.

Göytəpə şəhərində təhsil aldığı məktəbə onun adı verilmiş, şəhərin mərkəzində büstü qoyulmuşdur. Tərtər, Göytəpə və Cəlilabad şəhərlərində adına küçə var.


Tarix: 27.01.2015 / 13:38 Müəllif: Feriska Baxılıb: 72 Bölmə: Azərbaycanın müharibələri‎