beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elçin Qarayev

Həyatı
Elçin Qarayev 1969-cu il Yanvar ayının 1-də Mingəçevir şəhərində dünyaya gəlmişdir. Əslən Ağdamın Novruzlu kəndindəndir. Orta təhsilini Mingəçevir şəhər 12 saylı orta məktəbdə almış, 1986-cı ildə buradan məzun olmuşdur. 1987-ci ildə hərbi xidmətə çağırılmış, Türkmənistana səfərbər edilmiş, 2 ay sonra oradan da SSRİ-Əfqanıstan müharibəsinə yollanmışdır. 1-ci müharibədən döndükdən sonra daxili işlər orqanlarında yol polis əməkdaşı kimi xidmətə başlamış, 1991-ci ildə Birinci Qarabağ müharibəsinə yollanmışdır. Ağdam, Kəlbəcər, Füzuli, Zəngilan, Ağdərə, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak etmiş, döyüş yoldaşlarını, yaralıları döyüş meydanından çıxararaq həyatlarını xilas etmişdir. 1994-cü ildə Qarabağ müharibəsindən geri dönmüşdür. Hal-hazırda Azərbaycanda həyatda olan az saylı 2 müharibə veteranlarındandır.

Ailəlidir, 2 oğlu var.

Mükafatları
1988 — "Beynəmiləlçi döyüşçüyə minnətdar əfqan xalqı adından" medalı (Əfqanıstan)
1988 — "Beynəlmiləlçi döyüşçüyə" döş nişanı (SSRİ)
1988 — "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı
2009 — "SSRİ qoşunlarının Əfqanıstanı tərk etməsinin 20 illiyi" yubiley" medalı
2014 — "Əfqanıstan müharibəsi veteranı" medalı
2014 — "Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" medalı (Rusiya Federasiyası)


Tarix: 26.01.2015 / 18:36 Müəllif: Feriska Baxılıb: 93 Bölmə: Azərbaycanın müharibələri‎