beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Adilə Namazova

Həyatı
Adilə Əvəz qızı 9 sentyabr 1926-cı ildə Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur. Orta təhsilini və ilk həyat məktəbini doğma rayonda keçmiş Adilə xanım öz zəhməti, istedadı və ləyaqəti ilə Azərbaycanın say-seçmə qadınları sırasına yüksələ bilmişdir.

Azərbaycan Dövlət Tibb İn-tunu bitirmişdir (1949). 1965-ci ildən Azərbaycan Tibb İn-tunun pediatriya kafedrasının müdiridir. Tədqiqatı, əsasən, uşaqlarda revmatizm və ürək-damar xəstəliklərinə həsr olunmuşdur. Azərb.-da pediatriya elmi məktəbinin yaradıcısıdır. 300 elmi əsərin, 8 monoqrafiya və dərsliyin, 5 ixtiranın müəllifidir. Azərb. Pediatrlar Cəmiyyətinin sədridir (1967 ildən). Azərb. Resp. Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, Türkdilli Ölkələrin Pediatrlar Cəmiyyətinin vitse-prezidentidir. SSRİ Ali Sovetinin (11-ci çağırış) deputatı olmuşdur. Azərb-ın "Şöhrət" ordeni ilə təltif edilmişdir.

O, elm və təcrübəli təbabət sahəsində dünya miqyasında dəyərləndirilən dünya miqyasında dəyərləndirilən nailiyyələr qazanmışdır. Adilə Namazova beynəlxalq aləmdə tanınan pediatr-kardioloqlardan biridir. Həmyerlimiz Azərbaycan Pediatrlar Cəmiyyətinin sədri, türk dünyası pediatrları cəmiyyətinin vitse-prezidentidir. Adilə xanım 1965-ci ildə tibb elmləri doktoru dərəcəsi almış, 1966-cı ildən professordur. 1971-ci ildə o, SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilmişdir. Hazırda Rusiya Federasiyası Tibb Elmləri Akademiyasının üzvüdür. Görkəmli təbabət alimi 1981-ci ildən səhiyyə əlaçısı və Azərbaycanın əməkdar elm xadimidir. A. Namazova 1982-ci ildə Respublika Dövlət Mükafatına layiq görülmüşdür. Həmyerlimiz uzun illər N. Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya kafedrasına başçılıq etmişdir.

Adilə Namazovanın tədqiqatları, əsasən, uşaqlara revmatizm, ürək qüsurları və digər uşaq xəstəliklərinə həsr olunmuşdur. İlk dəfə olaraq ürək çəpərinin anadangəlmə qüsurlarının klinik xüsusiyyətlərini Adilə xanım öyrənmişdir. O, Azərbaycanın ilk qadın pediatr alimi sayılır. Əsərləri ölkəmizdə və xaricdə çap olunmuş, həmçinin bir sıra beynəlxalq təbabət məclislərində elmi məruzələrlə çxış etmişdir. 1989-cu ildə ABŞ-da buraxılmış "Dünyanın ulduz qadınları" ensiklopedik nəşrinə keçmiş SSRİ-dən adı düşən qadınlardan biri Adilə xanım olmuşdur. Türk dünyasının böyük oğlu, Ümumdünya Pediatrlar Cəmiyyətinin sədri Ehsan Doğramacı Bakıda olarkən demişdir: "Türk dünyası pediatrları içərisində Adilə xanım və mən bacı-qardaşıq. O, mənim pediatr bacım, mən isə onun pediatr qardaşıyam".

Adilə Namazova respublikamız müstəqillik qazanandan sonra milli elmimizin suverenlik atributu kimi yaradılmış Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinə üzv seçilmişdir. Adilə Namazovanın elmi yüksəlişi, nailiyyətləri, qazandığı nüfuz həmişə onu yetirən torpağa, həmyerlilərinə başucalığı, iftixar gətirmişdir. Qarabağ torpağının son illərdəki ağrılı-acılı günləri Adilə xanımın şəxsi həyatından və ictimai fəaliyyətindən kənarda qalmamışdır. Keçmiş Sovet dövlətinin sonuncu millət vəkillərindən biri kimi o, erməni millətçilərinin Qarabağla bağlı əsassız iddialarının ifşa edilməsində bacardığı qədər çalışmamışdır.

Adilə xanım həmişə doğma rayonu, Qarabağla onun qayğıları, səhiyyə problemlərinin həlli ilə sıx ağlı olmuşdur. O, Ağdamdan gələnlərə ana-bacı münasibəti göstərmiş, xəstə uşaqlara hədsiz şəfqət bəxş etmişdir. Adilə Namazovanın zirvələrə ucalan həyat yolu, sadəliyi və nəcibliyi, xalqına göstərdiyi xidmətlər yeni nəsillər üçün ibrətli bir örnəkdir.


Tarix: 22.01.2015 / 19:29 Müəllif: Feriska Baxılıb: 200 Bölmə: Azərbaycanın müharibələri‎