Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məmməd Məmmədov (II)

Məmməd İsgəndər oğlu Məmmədov — Sosialist Əməyi Qəhrəmanı, “Qızıl ulduz” və Lenin ordeni, “Əməkdə igidliyə görə” medalı ilə təltif edilmişdir.

Həyatı
Məmməd İsgəndər oğlu Məmmədov 25 iyun 1904-cü ildə Ağdam rayonunun Qaradağlı kəndində anadan olmuşdur. O, hələ gənc yaşlarından atası İsgəndər kişinin köməyinə çatmış ailənin dolanşaçağına yaxından köməklik göstərmişdir.

1926-cı ildə Gəncə şəhərindəki Azərbaycan diviziyasının ikinci polkunda xidmətə başlayan M.Məmmədov nümunəvi xidmət etdiyi üçün hərbi məktəbinə göndərilmiş və 1928 –ci ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvlüyünə qəbul olunmuşdur.

M.Məmmədov 1931-ci ildə Əfətli Kənd Sovetinin sədri 1932-ci ildə Üçoğlan Kənd Sovetinin sədri vəzifəsində işləmiş,1934-37-ci illərdə Ali Partiya Məktəbində oxumuşdur.O,1937-42-ci illərdə Tərtər Rayon MTS-nin direktor müavini vəzifəsini daşımışdır.M.Məmmədov Böyük Vətən Müharibəsində kapitan rütbəsi ilə 223-cü diviziyasının tank əlehinə divizionunda xidmət etmişdir.O, 1946-cı Avistriyanın Ştakart şəhərindən ordu sıralarından tərxis olunmuşdur.

M.Məmmədov 1946-72-ci illərdə Tərtər (keçmiş Mirbəşir) , Beyləqan(keçmiş Jdanov) və Ağdam rayonlarında İcrayyə komitəsinin sədri, Azərbaycan Kommunist Partiyasının Jdanov Rayon Partiya Komitəsinin birinci katibi, Ağdam rayonunda Natəvan adına sovxozun direktoru və 26 Bakı komissarı adına kolxozun sədri vəzifəsində işləmişdir.O, 1972-ci ildən Ağdam Rayon Yeyinti Sənaye İşçiləri Həmkarlar İttifaqının sədri seçilmişdir. Azərbaycan Kommunist Partiysının XV, XXII və XXIV qurultaylarının nümayəndəsi olmuşdur. 1947-ci ildə pambıqçılıq sahəsində yüksək göstəricilər əldə etmişdir. 2dəfə II dərəcəli Böyük Vətən müharibəsi ordeni ilə təltif olunmuşdur.

Məmmədov Məmməd 1948-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüş, “Qızıl ulduz” və Lenin ordeni, “Əməkdə igidliyə görə” medalı də təltif edilmişdir.

Məmmədov İsgəndər oğlu Məmmədov 1981-ci


Tarix: 23.01.2015 / 17:47 Müəllif: Feriska Baxılıb: 43 Bölmə: Azərbaycanın müharibələri‎
loading...