Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elman Həsənov

Həyatı
Elman 1966-cı ildə Quzanlı kəndində anadan olub. 1981-ci ildə kənd orta məktəbin səkkizillik məktəbini bitirəndən sonra Xındırıstan texniki peşə məktəbində oxuyub, sürücülük vəsiqəsi alıb.

1984-cü ildə sovet ordusuna çağrılan Elman ikiillik hərbi xidmətini Özbəkistanda başa vurub. Əsgərlikdən sonra kolxozda işləyib,ailə qurub. Bir müddətdən sonra Xındırıstan kəndinə köçüb, orada traktorçu işləyib.1992-ci ilin noyabrında milli orduya çağrılıb.

Elmanın döyüş yolu Ağdam, Ağdərə və Əsgərən rayonlarının bir sıra məntəqələrindən, o cümlədən Cinli, Fərrux, Xramordda, Canyataq, Gülyataq kəndlərindən kecib.Bir dəfə Fərruxda mühasirəyə düşüb, çox böyük çətinliklə düşmənin əhatəsindən çıxa bilib. Elmanın son döyüşü 1993-cü lilin 18 fevralında Xramordda olub. Həmin gün səhər batalyon açıq döyüşə girir və bir neçə saatlıq vuruşmadan sonra Elman topuğundan yaralanır.

Yoldaşı onu kürəyində hissəyə gətirdiyi vaxt arxadan bir neçə güllə yarası alır. Düşərgəyə çatanda hələ sağ olsa da, təəssüf ki, Elmana heç bir ciddi yardım göstərilmir və aldığı yaradan həlak olur.

Quzanlı qəbirsanlığında dəfn olunub.

Özündən sonra iki ovladı qalıb.


Tarix: 23.01.2015 / 16:48 Müəllif: Feriska Baxılıb: 84 Bölmə: Azərbaycanın müharibələri‎
loading...