beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ədilə Namazova

Həyatı
1926-cı ildə Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur. Orta təhsilini Ağdamda almış, 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə Ağdam rayon mərkəzi xəstəxanasında başlamışdır.

1965-ci ildən Azərbaycan Dövlət Tibb İnstitutunun klinik pediatriya kafedrasının müdiridir. 1965-ci ildə tibb elmləri doktoru dərəcəsi almışdır. 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilmişdir. Hazırda Rusiya Federasiyası Tibb Elmləri Akademiyasının üzvüdür.

1982-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür. AMEA-nın həqiqi üzvüdür. 1976-cı ildən Azərbaycan Pediatrlar Cəmiyyətinin sədridir.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəyasət heyətinin üzvü, Türkdilli Ölkələrin Pediatrlar Cəmiyyətinin vitse-prezidentidir. SSRİ Ali Sovetinin deputatı olmuşdur.

Adilə Namazovanın tədqiqatları uşaqlarda revmatizmin fəal dövründə ürəyin funksional vəziyyətinin, ürək arakəsmələrinin anadangəlmə qüsurlarının xüsusiyyətlərinin öyrənilməsi olmuşdur. O, ürək üzərində cərrahi əməliyyata - korreksiyaya göstəriş və əks-göstərişi müəyyənləşdirmiş, ilk dəfə olaraq ürəkdə aparılmış cərrahi əməliyyatların yaxın və uzaq dövrlərdə nəticələrini qiymətləndirmişdir.

Azərbaycanın ilk qadın pediatr alimi sayılır. 300 elmi əsərin, 8 monoqrafiya və dərsliyin, 5 ixtiranın müəllifidir.

SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü olmuşdur.

“Şöhrət” ordeni ilə təltif edilmişdir.


Tarix: 23.01.2015 / 19:03 Müəllif: Feriska Baxılıb: 78 Bölmə: Azərbaycanın müharibələri‎