beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eldar Həsənov (milli qəhrəman)

Həyatı
26 dekabr 1965-ci ildə Cəlilabad rayonunda anadan olmuşdur. 1983-cü ildə kənd orta məktəbini bitirmişdir. 1984-cü ildə kənd Hərbi Komissarlığı tərəfindən ordu sırasına çağırılır. 1986-cı ildə xidmətini başa vurub Cəlilabad rayonunda sürücü işləyir. 1990-cı ildə Eldar Xüsusi Təyinatlı Polis Dəstəsinə üzv yazılır.

Döyüşlərdə iştirakı
O, Azərbaycanın hər qarış torpağı uğrunda fədakarlıqla vuruşurdu. Eldar Laçın döyüşlərində mühasirəyə düşən əsgərləri itkisiz çıxarmağa müvəffəq olmuşdu. Eldar Həsənov qurduğu plan haqqında əvvəlcədən danışmırdı. O kəşfiyyata tək gedər iki-üç əsirlə geri dönərdi. Ermənilər onun başına 50 min ABŞ dolları pul mükafatı qoymuşdular. Vətən övladının şöhrətindən eşitməyən yox idi. Onun adı dillərdən düşmürdü. 1994-cü ilin yanvar ayında onun ikinci cəbhə həyatı başlayır. Füzuli cəbhəsində düşmənin bir neçə zirehli texnikasını, onlarla canlı qüvvəsini məhv edən Eldarın adı daha da əfsanəyə döndü cəbhədə hər kəs onun şücaətindən danışırdı. 1994-cü il 12 may... Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə Eldar həmişəki kimi ön cərgədə idi. Qəfil atılan mərmi onun arzularla dolu ürəyini əbədi olaraq susdurdu...

Ailəsi
Subay idi.

Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Həsənov Eldar İsfəndiyar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Cəlilabad rayonunun Lallar kəndində dəfn edilmişdir.

Cəlilabad Rayon Polis İdarəsinin həyətində büstü qoyulmuşdur.


Tarix: 26.01.2015 / 18:32 Müəllif: Feriska Baxılıb: 69 Bölmə: Azərbaycanın müharibələri‎