beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Daşqın Ağamalıyev

Daşqın Ağamalıyev — Qarabağ müharibəsi iştirakçısı.

Daşqın Kərim oğlu Ağamalıyev 1963-cü ildə Qazıməmməd şəhərində anadan olub. 5 saylı orta məktəbi bitirdikdən sonra Bakı Politexnik texnikumuna daxil olub. 1982-ci il aprelin 19-da həmin məktəbi qurtarıb. Səbail payon hərbi komissarlığından Sovet Ordusu sıralarına hərbi xidmətə gedib. 1983-1987-ci illərdə Sankt Peterburq Ali Hərbi Siyasi Məktəbində təhsil alıb. 1991-ci ildə könüllü olaraq Milli Ordu sıralarına yollanıb. Qubadlı və Füzuli rayonlarının müdafiəsində mərdliklə döyüşüb.Sonra o, respublika Müdafiə Nazirliyinin tabeliyində olan hərbi alayın tərkibində Qazaxda, Zəngilan və Beyləqan bölgələrində də tez-tez olub.

1994-cü il may ayının 15-də döyüş bölgəsindən qayıdanda qardaşıgildən həyat yoldaşı və körpə oğlunu götürüb Giləzidəki hərbi hissəyə qayıdarkən yolda avtomobil qəzasına uğrayır.Həyat yoldaşı ilə birlikdə vəfat edir.Təsadüf nəticəsində oğlu sağ qalır.


Tarix: 26.01.2015 / 18:28 Müəllif: Feriska Baxılıb: 48 Bölmə: Azərbaycanın müharibələri‎