beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağaxan Nəzərov

Həytatı
Nəzərov Ağaxan Mirzə oğlu 14 avqust 1948-ci ildə Laçın rayonunun Məzməzək kəndində anadan olub.

1955-ci ildə Güləbird kənd orta məktəbinin 1 - ci sinifə getmiş, 1965 - ci ildə həmin məktəbi bitirmişdir.

1965 - 1987- ci illərdə Laçın rayonunun Güləbird kəndinidəki "Sarı Aşıq" adına kolxozda müxtəlif işlərdə işləyib. 1987 - ci ildə Güləbird kənd yanacaq doldurma məntəqəsinə müdir təyin edilib.

1997 - ci ildən yaratdığı "Müqabil" firmasının rəhbəri vəzifəsində çalışır. Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Qarabağ Müharibəsi veteranıdır. Laçın rayon Ağsaqqallar Şurasının üzvü, eyni zamanda Laçın Poliş şöbəsi yanında hüquq qaydasının təmini üzrə ictimai şuranın üzvüdür.

Ağaxan Nəzirov Laçın rayonu məcburi köçkünlərinin xeyriyyəçilik tədbirlərində sahibkar kimi yaxından iştirak edir və imkansız ailələrin toy və yas mərasimlərində öz maddi vəsaitindən yardımlar edir.

Laçın şəhərinin 85 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 fevral 2009 - cu il sərəncamı ilə "Azərbaycan Respublikasının Əməkdar Kənd Təsərrüfatı İşçisi" fəxri adına layiq görülmüşdür.

Ailəlidir, beş övladı var.


Tarix: 26.01.2015 / 18:15 Müəllif: Feriska Baxılıb: 69 Bölmə: Azərbaycanın müharibələri‎