beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Teymur Zahidoğlu

Həyatı
Teymur Zahidoğlu 1976-cı ilin noyabr ayının 23-də Ağdam rayonunun Üçoğlan kəndində ziyalı ailəsində dünyaya gəlib. 1983-ci ildə Ağdam rayonu Səfərli kənd orta məktəbinin 1-ci sinifinə daxil olub, 1993-cü ildə həmin məktəbi bitirib. 1993-cü ilin avqustunda Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə (Tank-artilleriya fakültəsi) qəbul olunub. 1994-cü ilin fevralında könüllü olaraq Dağlıq Qarabağ uğrunda gedən döyüşlərə qatılıb. 1998-ci ilin aprelində ordu sıralarından tərxis olunub. Elə həmin ilin oktyabr ayında "Gənclik" qəzetində müxbir kimi fəaliyyətə başlayıb. Daha sonralar ölkənin müxtəlif mətbu orqanları ilə əməkdaşlıq edib. 2002-ci ilin fevralından Azadlıq radiosunun, 2004-cü ilin yanvarından Lider televiziyasının Qarabağ bölgəsi üzrə xüsusi müxbiri vəzifələrində çalışıb. 2006-cı ildən APA İnformasiya Agentliyinin Qarabağ bölgəsi üzrə müxbiridir. Müxtəlif kütləvi informasiya vasitələrində reportajlar, ədəbi-publisist yazılarla çıxış edir. Mətbuatda 1996-cı ildən şerləri dərc olunur. Türkel TV və Kanal S televiziya şirkətləri ilə əməkdaşlıq edir. Müxtəlif qeyri hökumət təşkilatları ilə layihələrdə iştirak edib. Beynəlxalq Avrasiya Mətbuat Fondu Tərəfindən təsis edilən Tərtər Regional Peşə Təlim Mərkəzinin icraçı direktoru vəzifəsini daşıyır. Böyük Britaniyanın Beynəlxalq Müharibə və Sülh Araşdırmaları İnstitutu (IWPR) Bakı ofisninin Qarabağ bölgəsi üzrə koordinatorudur.

Ailəlidir, üç övladı var.


Tarix: 23.01.2015 / 18:26 Müəllif: Feriska Baxılıb: 54 Bölmə: Azərbaycanın müharibələri‎