beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Anatoli Məsimov

Həyatı
Anatoli Qurban oğlu Məsimov 17 yanvarda Borçalıda anadan olub.

1991-ci ildən etibarən Rusiya FR-nın Krasnoyarsk şəhərində yaşayır.

2001-ci ildə Myanma Birliyi Respublikasının Yanqun şəhərində həvəskarlar arasında keçirilən bodibildinq üzrə dünya birinciliyində 65 kq çəkiyədək kateqoriyasında 4-cü yerə layiq görülmüşdür.

17-20 may 2002-ci il tarixində Belorusiyanın paytaxtı Minsk şəhərində həvəskarlar arasında keçirilən bodibildinq üzrə Avropa birinciliyində 65 kq çəkiyədək kateqoriyasında 3-cü yerə layiq görülmüşdür.

7-9 may 2005-ci il tarixində Rumıniyada həvəskarlar arasında keçirilən bodibildinq üzrə Avropa birinciliyinin gümüş mükafatçı olmuşdur.

Hal-hazırda "Krasnoyarsk Bodibildinq və Fitnes Federasiyası"nın prezidenti olaraq fəaliyyət göstərir və Krasnoyarsk şəhərində yaşayır.


Tarix: 26.01.2015 / 18:08 Müəllif: Feriska Baxılıb: 44 Bölmə: Azərbaycanın müharibələri‎