beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mirsaleh Ağayev

Həyatı
Mirsaleh Ağayev 1964-cü il noyabrın 3-də anadan olub[1]. Badamdar qəsəbədəki 239 saylı orta məktəbin məzunu olub.

Vətənin igid oğlu Mirsaleh Ağdərə rayonunun erməni daşnaklarından təmizlənməsi əməliyyatlarında fəal iştirak edib. Vətənə, torpağa olan sonsuz bağlılığı döyüşlərdə Mirsalehə mənəvi güc və qüvvət verirdi.

Mirsaleh hər dəfə döyüşə girəndə sanki, düşməni son nəfərinədək məhv edəcəyinə inanırdı. Lakin 1992-ci il avqustun 14-də özü düşmən gülləsinə tuş gəldi. M.Ağayev aldığı ağır yaradan dünyasını dəyişdi. Beləliklə, Ağdərə rayonunun işğalçılardan təmizlənməsi uğrunda gedən qanlı döyüşlər zamanı Vətənin Mirsaleh adlı daha bir oğlu şəhidlik zirvəsini fəth etdi.


Tarix: 24.01.2015 / 17:28 Müəllif: Feriska Baxılıb: 55 Bölmə: Azərbaycanın müharibələri‎