beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xudaverdi Abbasov

Həyatı
Xudaverdi Abbasov 1957-ci ildə Ağdam şəhərində dünyaya gəlib. 1964-cü ildə Ağcabədi rayonunun Kəhrizli kənd orta məktəbinin 1-ci sinfinə daxil olub. 1974-cü ildə Kəhrizli kənd orta məktəbini bitirib. 1975-ci ildə Bakı şəhəri Binəqədi rayonundakı peşə məktəbinə daxil olub. 1977-ci ildə təhsilini bitirdikdən sonra hərbi xidmətə çağrılıb. Moldovada hərbi xidmətə başlayıb. 1979-cu ildə hərbi xidməti təşəkkürnamə ilə başa vurub. Yaxşı xidmətinə görə onu Moldovada MTN-ə işə qəbul ediblər. Qarabağ müharibəsi ilə əlaqədar 1991-ci ildə Azərbaycana qayıdıb. Qarabağın ağır günlərində silahdaşları ilə bir yerdə olub. Ağdam şəhərinin könüllü özünümüdafiə batalyonunun yaradıcılarındandır. 25 avqust 1992-ci ildə Ağdərə rayonunun Mehmanə kəndi uğrunda gedən döyüşlərdə həlak olub. Ölümündən sonra hərbi xidmətlərinə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.


Tarix: 23.01.2015 / 18:40 Müəllif: Feriska Baxılıb: 41 Bölmə: Azərbaycanın müharibələri‎