Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pərviz Səmədov - Döyüşlərdə iştirakı

Döyüşlərdə iştirakı
Şelli, Pircamal, Naxçıvanlı, Aranzəmin kəndləri uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşmuşdu. Pərviz kəşfiyyat hissəsinə başçılıq edirdi onun sayəsində erməni yaraqlılarının onlarla zirehli texnikası, silah-sursatı aşkarlanıb məhv edilmişdi. 1992-ci il 15 may Ağdamın Gülablı kəndində dəhşətli döyüşlər gedirdi. Pərviz başda olmaqla bölüyü döyüşə atıldı ermənilər tərəfindən vurulmuş "Təcili yardım" vertolyotunun ekipajını xilas etmək mümkün oldu lakin işğalçı, təcavüzkar ermənilərin snayper gülləsi gənc komandir Pərvizin qəlbini əbədi olaraq susdurdu. O, 22 yaşında ömrünün baharında Vətənimiz uğrunda qəhrəmancasına həlak oldu.

Ailəsi
Ailəli idi. Bir oğlu var.

Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Səmədov Pərviz Əbdüləhəd oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Gəncə şəhərində dəfn edilib, qəhrəmanımızın adına burada küçə var.


Tarix: 24.01.2015 / 16:38 Müəllif: Feriska Baxılıb: 19 Bölmə: Azərbaycanın müharibələri‎
loading...