beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Valeh Baxşəliyev - Elmi yaradıcılığı

Prof. V.İ. Baxşəliyev Nəzəri mexanika, Maşın Dinamikası və Təhsil sahələrində ölkə daxilində və xaricdə 150-dən çox elmi məqalə, patent, monoqrafiya və dərs vəsaitləri nəşr etdirmişdir. Onun elmi işlərinə Rusiyada, Gürcüstanda, Almaniyada, İngiltərədə, Çexiyada, Türkiyədə və digər ölkələrdə müxtəlif dissertasiyalarda və elmi məqalələrdə istinadlar olunmuşdur.

Elmi maraq dairəsi: nəzəri və tətbiqi mexanika, materiallar müqaviməti, maşın mexanikası, maşın hissələri və tribologiya, fasiləsiz təhsilin problemləri.

"Maşınların, cihazların, aparatların dinamikası və möhkəmliyi" elmi istiqaməti üzrə neft sənayesində istifadə olunan maşın və mexanizmlərin uzunömürlüyü, möhkəmliyi və etibarlığının yüksəldilməsi üçün ciddi elmi nəticələr almış, bu istiqamət üzrə namizədlik(1987) və doktorluq(2007) dissertasiyaları müdafiə etmişdır. Nəzəri mexanikadan paralel qüvvələr sisteminin mərkəzinin (ağırlıq mərkəzinin) tapılmasına aid bir neçə teoremin və Tribologiya üzrə hipotezlərin müəllifidir.

O, Avropa Birliyinin INTAS Proqramının (2006) iştirakçısı və Avropa Komissiyasının 7-ci Çərçivə Proqramı üzrə (2011-2014) yaradılmış Beynəlxalq Elmi Konsorsiumun (Azərbaycan, Almaniya, Türkiyə və Gürcüstan) koordinatoru (elmi rəhbəri) olmuşdur [[2]].

Akademik mübadilə xətti ilə Türkiyənin Bilkənt Universitetində(1995), Almaniyanın Darmştadt Texniki Universitetində(2006) və Karlsruhe Universitetində(2009) elmi ezamiyyətdə olmuşdur.

Beynəlxalq elmi fəaliyyəti nəzərə alınaraq o, Kembric universitetinin (Cambridge, England) təsis etdiyi 2011-ci il üçün "Elmi nailiyyətlərə görə Beynəlxalq Eynşteyn Mükafatı"na (The International Einstein Award for Scientific Achievement) və "2011-ci il üçün 100 ən yaxşı mühəndis"(Top 100 Engineers 2011) diplomuna layiq görülmüşdür.

Onun qısa elmi tərcümeyi-halı beynəlxalq "Kim kimdir"("Who is Who", USA, 2011) ensiklopediyasına və Azərbaycan Milli Ensiklopediyasına (2011,3-cü cild,səh.49) daxil edilmişdir.

O,Xəzər Universitetinin 20 illilk yubileyi münasibətilə yüksək ixtisaslı kadrların hazırlanması sahəsində uğurlu pedaqoji fəaliyyətinə görə fəxri fərmanla təltif edilmişdir (2011).

2001-ci ilin yekunlarına görə kütləvi informasiya vasitələrində ən yaxşı yazı üçün elan olunmuş "Qarabağ harayı" müsabiqəsinin "Qarabağ probleminin həlli yolları" naminasiyasının qalibi olmuşdur.


Tarix: 23.01.2015 / 18:32 Müəllif: Feriska Baxılıb: 47 Bölmə: Azərbaycanın müharibələri‎