beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nəriman Nərimanov (iqtisadçı)

Həyatı
Nəriman Həmid oğlu Nərimanov 2 mart 1929-cu ildə Ağdamda anadan olmuşdur. O, Ağdam 1 saylı orta məktəbdə oxumuş (1937-47), Az.XTİ-nun(indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Siyasi iqtisad fakültəsində ali təhsil təhsil almışdır (1947-52). Nəriman Nərimanov 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Siyasi iqtisad kafedrasında asisstent vəzifəsində işləmişdir.O, 1953-cü ildə Az.KPMK tərəfindən Moskva şəhərinə M.V.Lomonosov ad. Universitetin ictimai elmlər üzrə müəllim hazırlayan bir illik kursa ezam edilmişdir.[1]

Nəriman Nərimanov 1955-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) aspiranturasına qəbul edilmişdir. Aspiranturanı bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Siyasi iqtisad kafedrasına müəllim tə’yin edilmişdir.[2]

Nəriman Nərimanov Azərbaycan Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti)1962-ci ildə dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini almış, 1966-cı ildə həmin təhsil ocağının "Siyasi iqtisad" kafedrasına dosent seçilmişdir.[3]

O, Siyasi iqtisad kafedrasında müdir müavini (1962-70), Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) nəznində orta məktəb direktorlarının təkmilləşdirilməsi fakültəsinin dekanı (1976-91), həmin kafedranın professoru (1991-95) vəzifələrində işləmişdir.[4]

Nəriman Nərimanovun 50-dən yuxarı kitabı və elmi məqaləsi nəşr edilmişdir.

O, Azərbaycan Respublikası Ali Sovetinin fəxri fərmanı, SSRİ maarif əlaçısı nişanı, Azərbaycan «Bilik» Cəmiyyətinin tərifnaməsi, sosializm yarışının qalibi nişanı və bir sıra qiymətli hədiyyələrlə təltif edilmişdir.

Nəriman Nərimanov 19 may 1996-cı ildə Bakıda vəfat etmişdir.


Tarix: 23.01.2015 / 17:52 Müəllif: Feriska Baxılıb: 29 Bölmə: Azərbaycanın müharibələri‎