beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəmil Quliyev (akademik)

Həyatı
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. 100-dən çox elmi əsərləri nəşr olunub.

Bakı Dövlət Universitetinin müəllimi, professoru (1952-1972), rektoru (1989-1990), Partiya Tarixi İnstitutunda elmi işlər üzrə direktor müavini (1958-1972), Azərbaycan SSR EA-nın Tarix İnstitutunun direktoru (eyni zamanda, Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru və EA-nın vitse-prezidenti vəzifəsini icra edən, 1972-1978), Azərbaycan SSR EA-nın vitse-prezidenti (1981-1990), AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi (1997-2001), "Naxçıvan Ensiklopediyası"nın redaktoru (1999-2002), AMEA-nın Rəyasət Heyətinin üzvü (2001-2007) çalışıb.

1972-ci ildə EA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilib. Tarix elmləri doktoru, professor, Dövlət mükafatı laureatı (1974) idi, "Şöhrət" ordeni ilə təltif edilmişdi (2000), əməkdar elm xadimi idi. (1979).[1]

Filmoqrafiya
Qırmızıbayraqlı Azərbaycan (film, 1980)
Qara gölün cəngavərləri (film, 1984)


Tarix: 23.01.2015 / 16:47 Müəllif: Feriska Baxılıb: 58 Bölmə: Azərbaycanın müharibələri‎