beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yevgeni Morqunov

Yevgeni Aleksandroviç Morqunov (rus. Евгений Александрович Моргунов) — Rusiya aktyoru.

Həyatı

Yevgeni Aleksandroviç Morqunov 27 aprel 1927-ci ildə Moskvada anadan olmuşdur. Uşaqlığı ağır keçmişdir. 14 yaşından "Frezer" zavodunda çalışmağa başlamışdır. 1943-cü ildə yeniyetmə Morqunov Stalinə məktub yazır və ondan teatr məktəbinə qəbul olunmasını xahiş edir. Məktubun cavabı müsbət olur və Morqunov həqiqətən Tairov adına teatr məktəbinə qəbul olur. Düz bir il orada təhsil alandan sonra ÜDKİ-yə gedir və məşhur Sergey Gerasimovun aktyor kursuna daxil olur. 1948-ci ildə oranı bitirir və 1948-1951-ci illərdə "Kinoaktyor teatr-studiyası"nda çalışır. Sonradan 2 illik oradan çıxsa da, yenidən qayıtmalı olur.

İlk aktyor işi Morqunovu hər kəsə tanıtdı. 1948-ci ildə çəkilmiş "Gənc qvardiya" filmində çəkilən Morqunov ictimaiyyət tərəfindən yaxşı qarşılanır. Filmin rejissoru Sergey Gerasimov idi.

Ötən əsrin 50-ci illərində də bir çox müxtəlif filmlərdə rol alan Morqunovu geniş xalq kütləsi Çoxbilmiş obrazı ilə tanıdı və sevdi. Bu surət rejissor Leonid Qaydayın "Araq çəkənlər", "Barbos iti və qeyri-adi qaçış", ""I" əməliyyatı və Şurikin başqa macəraları" və "Qafqaz əsiri" filmlərinin obrazı idi.

Yevgeni Morqunov özünü rejissor kimi də sınamışdı. O, 1963-cü ildə Mixail Şoloxovun əsəri əsasında "Kazaklar ağlayanda" ekran nümunəsini yaratmışdır.

"Qafqaz əsiri" filminin çəkilişləri zamanı Y. Morqunov və L. Qayday arasında münaqişə baş vermişdi. Səbəb aktyorun özünü, öz ciddiliyi ilə seçilən rejissora qarşı olduqca sərbəst aparması idi. Bu fakt Yevgeni Morqunovun gələcək karyerasına olduqca ciddi təsir edir. 1970-1980-ci illər ərzində aktyor demək olar ki, kinoda çəkilmir. Çəkilsə belə, bu – epizodik rollar olur...

Aktyor uzun illər şəkərli diabetdən əziyyət çəkməsinə baxmayaraq, alkoqolu bir kənara qoymur. Və bu Morqunova 2 infarkt, eləcə də insult gətirir. Beləcə, Yevgeni Morqunov 25 iyun 1999-cu ildə vəfat edir.

Filmoqrafiya
Gənc qvardiya (film, 1948)
Onların vətəni var (1949)
Gizli tapşırıq (1950)
Gəmi komandiri (1954)
Meksikalı (1955)
Ana (1956)
Vasili Surikov (1959)
Bəyaz gecələr (1959)
Al yelkənlər (1961)
Barbos iti və qeyri-adi qaçış (film, 1961)
Araq çəkənlər (1961)
Bazar günü (1961)
Balet ulduzu (1964)
"I" əməliyyatı və Şurikin başqa macəraları (film, 1965)
Üç gombul (1966)
Qafqaz əsiri və ya Şurikin yeni macəraları (film, 1966)
Risk – alicənab işdir (1977)
Məktəb (1981)
Supermen (1990)
Ailəmin xəzinəsi (1993)
Cənnət alması (1998)


Tarix: 07.02.2013 / 20:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 348 Bölmə: Aktyorlar