beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əsgər Rəhimov

Aktyor

Həyatı

Ə.Rəhimov 1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil almışdır. 1978-1988-ci ilə qədər S.Vurğun ad. Rus Dram teatrında, sonradan Bakı Kamera Teatrında aktyor vəzifəsində işləmiş, 2005-ci ildə yenidən S.Vurğun ad. Rus Dram teatrına qayıtmışdır. Bu illər ərzində teatr səhnəsində bir çox rol oynamışdır. Onun yaratdığı Nikita (A.Arbuzov "Kobud oyunlar"), Oyunçu (R.İbrahimbəyov "Poxoronı v Kalifornii"), Lukin (M.Qorki "Varvarı"), Bayandur (İ.Əfəndiyev "Büllur sarayda"), Ralf (R.Baer "Qarışıq hisslər"), Kazım (N.Rəsulzadə "Nonsens"), Qraf Kent (U.Şekspir "Kral Lir"), Həkim (K.Hiqqins "Qarold və Mod") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir. 9 may 2012-ci il tarixdə Əməkdar artist fəxri adına layiq görülmüşdür.

Filmoqrafiya
Şahid qız (film, 1990)
Qız qalası (film, 2000)
Sirat körpüsü (film, 2007)
Yalançılar (film, 2008)
Ci-Mi (film, 2008)
Cavad xan (film, 2009)
Sirr (serial, 2012)
Sübhün səfiri (film, 2012)


Tarix: 06.02.2013 / 20:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 177 Bölmə: Aktyorlar