beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Jerər Döpardyö

Jerər Döpardyö[2] (d. 27 dekabr 1948) Oskar mükafatına namizəd göstərilmiş, Qızıl kürə mükafatı sahibi Fransız aktyor. Fransanın qabaqda gələn aktyorlarından olan biridir.Fransızlar onu ölkənin ən böyük nailiyyətləri və dəyərləri sırasına daxil edərək fəxrlə "Bizim ümummilli Depardyemiz" adlandırırlar.O, karyerası ərzində 180-dən çox filmdə çəkilib. Bu filmlərdən bir çoxu Fransa kinosunun inciləri sırasına daxil olub. Depardye həm də aktiv kommersiya fəaliyyəti ilə məşğuldur. O, neft yataqlarının istismarı, çoxsaylı şərab təsərrüfatları və Parisdəki iki restoranının fəaliyyəti ilə bağlı işlərini davam etdirir.

2008-ci il oktyabrın ortalarında aktyorun 4 uşağından biri - onun davamçısı və gözəl aktyor Qiyom Depardye gözlənilmədən vəfat edib. Maraqlıdır ki, ata və oğul Depardye arasında uzun müddət münaqişə olub. Lakin son vaxtlar onlar barışıblar və qəfil ölüm onları həmişəlik ayırıb. Depardye oğlunun ölümünü çox ağır keçirib. O, yubiley günlərində heç bir telekanala müsahibə verməyib.[3]

3 yanvar 2013-cü ildə Rusiya prezidenti Vladimir Putin Jerər Döpardyöə Rusiya vətəndaşlığı verilməsi haqqında fərman imzalayıb[1],

Filmoqrafiya
Uğursuzlar (film, 1981) / La Chèvre
Paris, mən səni sevirəm (film, 2006) / Paris, je t'aime
Çəhrayı həyat (film, 2007) / La Vie en rose


Tarix: 07.02.2013 / 19:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 217 Bölmə: Aktyorlar