Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Jerar Filip

Jerar Filip (fr. Gérard Philipe) — Fransanın görkəmli teatr və kino aktyoru.

Həyatı

Jerar Filip 4 dekabr 1922-ci ildə Kann şəhərində anadan olmuşdur. O, ilk dəfə teatr səhnəsinə 1942-ci ildə aktyorluq kursunu bitirdikdən sonra çıxmışdır. Onun teatr səhnəsində ifa etdiyi ən uğurlu rollardan biri 1953-cü ildə Uilyam Şekspirin "II Riçard" əsərində oynadığı Riçard obrazı olmuşdur. Bu – Jan Viların teatrında olmuşdur. Jerar Filip 1943-cü ildə kinoda öz debütünü etmişdir.

Jerar Filip 25 noyabr 1959-cu ildə Parisdə qaraciyərində xərçəng xəstəliyindən vəfat etmişdir.

Filmoqrafiya
Fanfan-zanbaq (film, 1952) / Fanfan La Tulipe
Böyük manevrlər (film, 1955) / Les Grandes Manoeuvres
"Monparnas, 19" (film, 1958) / Montparnasse 19


Tarix: 07.02.2013 / 19:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 146 Bölmə: Aktyorlar
loading...