Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Deniel Kreyq

Deniel Kreyq — ingilis aktyoru.

Həyatı

Deniel Kreyq 1968-ci il martın 2-də, İngiltərənin Çester şəhərində dünyaya gəlib. 16 yaşında Milli Gənc Teatrına qəbul olmaq istəyən Deniel Londona üz tutur. Onun aktyorluq karyerası isə 1992-ci ildə, Britaniya televiziyasında kiçik bir filmə başlayır və bu film onun tanınmasında az rol oynamır. Beynəlxalq miqyaslı publika “Lara Kroft:Sərdabələr qarətçisi” (2001) filmində Ancelina Colinin rəqibi olan Ceyms Bond rolunun gələcək ifaçısı ilə tanış olur. Kreyq sonralar yetərincə məşhur filmlərə çəkilir. Aktyora ümumdünya şöhrəti gətirən obraz isə “Royal Kazino” filmindəki 007 nömrəli agent Ceyms Bomd rolu oldu. Uzun sürən kastinqdən sonra prodüserlər bu rola məhz Deniel Kreyqi seçirlər. Bu qərar media və serial superagentinin pərəstişkarları tərəfindən birmənalı qarşılanmır. Açıq rəngli saçlarını, mavi gözlərini, boyunun 185 sm-dən az olmasını, gözəçarpan bədən quruluşunun olmadığını əsas gətirib Kreyqin namizədliyinin əleyhinə səs verənlər çox olur. Bütün bunlara baxmayaraq 2006-cı il noyabrın 17-də onun iştirakı ilə çəkilmiş “Royal Kazino” filminin premyerası baş tutur. Aktyor, həmçinin, 2008-ci ildə ekranlara çıxmış növbəti “Mərhəmət kvantı” filminə çəkildi. Deniel Kreyq peşəkar reqbi oyunçusudur və İtaliyanın “Yuventus” futbol klubunun tərəfdarıdır.

Filmoqrafiyası
1998 – Yelizaveta
1999 – İyul 1916: Somma döyüşü
2000 – Afrikanı xəyal etmişəm
2001 – Lara Kroft: Sərdabələr oğrusu
2002 – Lənətlənmiş yol
2003 – Ana, Silviya
2004 – Səbirli məhəbbət, Qat-qat piroq
2005 – Pencək, Arxangel, Münhen
2006 – Ləyaqətsiz, Kazino "Royal", Renessans
2007 – Soxulma, Qızıl kompas
2008 – Mərhəmət Kvantı


Tarix: 07.02.2013 / 19:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 348 Bölmə: Aktyorlar
loading...