beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ötkəm İsgəndərov

Ötkəm İsgəndərov - aktyor, Azərbaycanın əməkdar artisti (2005). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" fakültəsinin dekanı, dosent.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Həmçinin bax
4 Xarici keçid
4.1 Video
4.1.1 İzlə


Həyatı

Ötkəm İsgəndərov 1955-ci ildə Azərbaycanın Neftçala şəhərində doğulub. 1975-1979-cu ildə Moskvada ÜDKİ-nin aktyorluq fakültəsini bitirib. Elə həmin ildən də "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayır. ADMİU-də "Aktyor sənəti"ndən dərs deyir.

Filmoqrafiya
777 №-li iş (film, 1992)
Axırıncı reys (film, 1989)
Alman klinikasına şəxsi səfər (film, 1988)
Batterflyayın qayıtması (Kiyev)
Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)
Bircəciyim (film, 1986)
Birisigün, gecəyarısı... (film, 1981)
Bizi bağışlayın (film, 1979)
Boşboğaz (film, 1978) (Rusiya)
Cin mikrorayonda (film, 1985)
Dəvətnamə (film, 1989)
Doğma sahillər (film, 1989)
Dronqo (serial, 2002)
Əzablı yollar (film, 1982)
Firəngiz (film, 1975)
Gümüşgöl əfsanəsi (film, 1984)
Heydər Əliyev. Dünyaya pəncərə (film, 2006)
İtkin pay (2007) (İran)
Kleopatra
Qara gölün cəngavərləri (film, 1984)
Laçın dəhlizi (film, 1993)
Ovsunçu (film, 2003)
Özgə ömür (film, 1987)
Park (film, 1984)
Prima (film, 1992)
Səhnədə Lurixdir (Estoniya)
Sifarişçi (film, 2000)
Şahid qız (film, 1990)
Tələ (film, 1990)
Tənha durna uçuşu (film, 2003)
Tənha narın nağılı (film, 1984)
Tütək səsi (film, 1975)
Üzeyir ömrü (film, 1981)
Yük (film, 1995)


Tarix: 05.02.2013 / 20:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 331 Bölmə: Aktyorlar