Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslam Həsənov

İslam Həsənov - Aktyor

Həyatı

İslam Həsənov 1965-ci il 8 may Lənkəran şəhərində anadan olub, 1982-ci ildə 5 saylı orta məktəbi bitirib. Həmin ildə də M.A.Əliyev adına İncəsənət İnstitutuna qəbul olunub. 1983-85-ci illər Sovet ordusunda xidmət edib. 1988-ci il M.A.Əliyev adına İncəsənət İnstitutun bitirib. 1986-ci il Gənc tamaşaçılar teatrında çalışıb. 1986-88-ci illərdə “Meydan” teatrında, 1988-1989-cu illərdə isə Gənc tamaşaçılar teatrında aktyor işləyib. 1991-1993-cü illərdə Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində aparıcı, sonralar isə aparıcı-redaktor vəzifəsində çalışıb. 1993-2007-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifaqında mətbuat xidmətinin rəhbəri, Teatr Xadimləri İttifaqı Prezidentinin müşaviri vəzifəsində çalışıb. 2007-ci il yanvar ayının 29-dan N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına direktor vəzifəsinə təyin edilib. Bir neçə tamaşaların və filmlərin rejissoru, prodüsser kimim fəaliyyət göstərib.

Ailəlidir, bir qızı var.

Filmoqrafiya
Gülüş sanatoriyası (film, 1989)
Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)
Yanmış körpülər (film, 2003)
Susmuş vicdan (film, 2010)


Tarix: 06.02.2013 / 20:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 117 Bölmə: Aktyorlar
loading...