Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şahin Cəbrayılov

Şahin Cəbrayılov — aktyor.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Həmçinin bax


Həyatı

Şahin Cəbrayılov filmlərdə əsasən epizodik rollarda çəkilmişdir. "Kökdən düşmüş piano", "Qatarda", "Topal Teymur", "Yol əhvalatı", "Alman klinikasına şəxsi səfər", "Qızıl uçurum", "Özgə ömür" və s. bir çox kino və teatr tamaşalarında yaddaqalan obrazlar yaratmışdır. Ən yaddaqalan obrazı "Kökdən düşmüş piano" tamaşasındakı Nərimandır.

Təxminən 12 il səhhətində yaranan ciddi problemlər üzündən səhnədən uzaqlaşan aktyor beyin iflici diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilsə də sonradan müalicəsini evdə davam etdirmişdir.

5 sentyabr 2007-ci ildə infarkt keçirən aktyor dünyasını dəyişib.

Oğlu aktyor Elşən Cəbrayılovdur.

Filmoqrafiya
Alman klinikasına şəxsi səfər (film, 1988)
Bayquş gələndə (film, 1978)
Gənclik macərası (film)(tammetrajlı televiziya tamaşası)(AzTv)
Göz həkimi (film, 1985)
Günahsız Abdulla (film, 1984)
Kişilər (film, 1984)
Kökdən düşmüş piano (film, 1982)
Qatarda (film, 1981)
Qızıl uçurum (film, 1980)
Ömürdən uzun gecə (film, 1996)
Özgə ömür (film, 1987)
Sarıköynəklə Valehin Nağılı (film)
Unudulan adam (film, 1987)
Yol əhvalatı (film, 1980)


Tarix: 06.02.2013 / 20:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 224 Bölmə: Aktyorlar
loading...