beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nüsrət Fətullayev

Teatr xadimi. Aktyor.

Həyatı

Sırf səhnə ilə bağlı olan, teatr-dekorasiya sənətçisi Nüsrət Möhsün oğlu Fətullayev ömrünün son günlərinə kimi yaradıcılıq axtarışlarından qalmayıb. Milli teatr rəssamlığımızın inkişafında və formalaşmasında böyük xidmətlər göstərib. 25 sentyabr 1913-cü ildə Lənkəran rayonunda doğulan Nüsrət Fətullayev Bakı Rəssamlıq Məktəbində təhsil alıb (1930-1934). Rejissor Yusif Yulduzun 1934-cü ildə quruluş verdiyi Aleksandr Korneyçukun "31-43" ("Eskadranın məhvi") dramının tamaşası ilə Äkademik Milli Dram Teatrında ilk işinə başlayıb. 1938-ci ilin ikinci yarısından bu kollektivə baş rəssam təyin olunub və ömrünün sonunadək həmin vəzifəni ləyaqətlə icra edib. Sənətdəki xidmətlərinə görə respublikanın əməkdar incəsənət xadimi (4 may 1940) və xalq artisti (21 iyul 1949) fəxri adlarına layiq görülüb. "Şərqin səhəri" (Ənvər Məmmədxanlı) tamaşasma görə 1948-ci ildə Stalin mükafatı, İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" dramının tamaşaemdejcı tərtibatı üçün isə 1972-ci ildə Azərbaycanın Dövlət mükafatı laureatı olub. Gənc Tamaşaçılar Teatrında Mirzə Fətəli Axundzadənin "Molla İbrahimxəlil kimyagər" komediyasma (1938), Musiqili komediya Teatrında Rauf Hacıyevin "Tələbələrin kələyi" (1940), Zülfüqar Hacıbəyovun "Əlli yaşında cavan" (1943), Fikrət Əmirovun "Ürəkçalanlar" (1944), Süleyman Ələsgərovun "Məhəbbət gülü" (1945), Vladimir Dolidzenin "Keto və Kote" (1945), Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (1972) operettalarına səhnə tərtibatı verib. Milli Dram Teatrında əllidən çox tamaşanın rəssamı olub. Onların arasında estetik səciyyələrinə, forma əlvanlığına və monumentallıq xüsusiyyətlərinə görə səhnəqrafiyada xüsusi yer tutanları bunlardır: "Almaz", Cəfər Cabbarlı (1936), "Skapenin kələkləri", Jan Batist Molyer (1936), "Həyat", Mirzə İbrahimov (1937), "Hacı Qara", Mirzə Fətəli Axundzadə və "Va-qif", Səməd Vurğun (1938), "Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev (1940 və 1957), "Aydın" və "Oqtay Eloğlu", Cə-fər Cabbarlı (1940), "Xoşbəxtlər", Sabit Rəhman və "Fərhad və Şirin", Səməd Vurğun (1941), "Dumanlı Təbriz", Meınınəd Səid Ordubadi (1945), "Nüşabə", Abdulla Şaiq (1946), "İşıqlı yollar", İlyas Əfəndiyev (1947), "Rəqs müəllimi", Lope de Veqa (1949), "Müfəttiş" Nikolay Qoqol (1952), "Qış nağılı", Vilyam Şekspir (1955), "Səyavuş", Hüseyn Cavid (1963), "Xanuma", Avksenti Saqareli (1975), "Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə (1978), "Cehizsiz qız", Aleksandr Ostrovski (1979), "Yad adam", Leonqard Frank (1980), "Təhminə və Zaur", Anar (1985). Nüsrət Fətullayev əsasən realist səhnə tərtibatına üstünlük verib. Yaradıcılığının bir qolunu da monumental-romantik üslub təşkil edib. Teatrın texniki prinsiplərini dərindən bilməsi, səhnə ölçülərinə dəqiqliklə riayət etməsi onun işlədiyi tərtibatlara tamlıq, əzəmət və obrazlılıq gətirirdi. Tərtibat verdiyi tamaşalarda aktyorların sərbəst səhnə davranış-larını yaradıcı həssaslıqla nəzərə alırdı. Milli etnoqrafiyanı dərindən bilirdi. Nüsrət Fətullayev tərtibat rəssamlığında klassik üslub ənənələrini yaşadırdı. Ancaq o, dövrün qaynar, mürəkkəb, təzadlı, işıqlı ruhunun rəng təzətərliyinə, təravətli ovqatına da cəsarətlə can atırdı. Onun tərtibatında janr-üslub qarışıqlığı olmurdu, ancaq müxtəlif formaların harmonik sintezi, bir poetikada füsunkarlıqla birləşməsi həm tamaşaya möhtəşəm obrazlılıq gətirir, həm də tamaşaçmı heyrətdə saxlayırdı. Nüsrət Fətullayev 1 oktyabr 1987-ci ildə Bakıda vəfat edib.
Aktrisa Hökümə Qurbanovanın həyat yoldaşı və aktrisa Vəfa Fətullayevanın atasıdır.

Filmoqrafiya
O olmasın, bu olsun (film, 1956)


Tarix: 03.02.2013 / 18:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 608 Bölmə: Aktyorlar