Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəmil Quliyev (rejissor)

Cəmil Quliyev — Azərbaycan kinorejissoru, ssenari müəllifi, aktyor, Azərbaycan Dövlət Film Fondunun direktoru, “Mədəniyyət” kanalının baş direktoru[1], Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi (2012).Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Şəkil
4 Həmçinin bax
5 İstinadlar


Həyatı

Quliyev Cəmil Elşad oğlu 1963-cü ildə Bakı şəhərində anadan olub. Ümumittifaq Kinematoqrafya İnstitutunda Kinorejissorluq ixtisası üzrə təhsil alıb. 1984-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rejissor kimi çalışıb. Bir neçə bədii, sənədli, qısametrajlı bədii filmin, mozalan satirik jurnalının bədii sujetlərinin müəllifidir. Quruluş verdiyi filmlər bir neçə xarici festivalda iştirak etmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar incəsənət xadimidir.

Azərbaycan Dövlət Film Fondunun direktoru, Mədəniyyət kanalının baş direktorudur. 2012-ci ildə yeni yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi seçilmişdir.
Professor Elşad Quliyevin oğludur.

Filmoqrafiya
Alma almaya bənzər (film, 1975)-aktyor
Marş (film, 1982)
Balıq günü (film, 1983)
Bayramda yağış (film, 1985)
Köç (film, 1986)
Bu da bir naxışdır (film, 1987)
Cansıxıcı əhvalat (film, 1988)
Murad-Sad (film, 1988)-aktyor
Qarət (film, 1990)
Şirbalanın məhəbbəti (film, 1991)
Ekskursiya (film, 1991)
Subaylarınızdan görəsiniz (film, 1991)-Mozalan
Etiraf (film, 1992)-ssenari
Banqladeş qonaqları (film, 1992)
Həsənbəy Zərdabi (film, 1992)
Qovlar (film, 1992)
Yol (1993)
Qala (1994)
Yarasa (film, 1995)-bədii rəhbər
General de Qol (1995)
Ömər Eldarov (1997)
General Hüseyn Rəsulbəyov (film, 1998)
Kədərimiz... vüqarımız... (film, 1998)
Otel otağı (film, 1998)-aktyor
Nəsrulla Nəsrullayev (film, 1999)
Nə gözəldir bu dünya... (film, 1999)-aktyor
Kinorejissor Arif Babayev (film, 2000)
Bir Ömrün Sədası (2000)
İzzət Oruczadə (2000)
Kinorejissor Həsən Seyidbəyli (film, 2002)
Fikrət Əmirov (2004)
Qocalar (film, 2008)-məsləhətçi
Bir addım (film, 2009)-bədii rəhbər
Sahə (film, 2010)-bədii rəhbər
Mayak (film, 2012)


Tarix: 31.01.2013 / 20:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 459 Bölmə: Aktyorlar
loading...