Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qorxmaz Əlili

Qorxmaz Əlili – Azərbaycan aktyoru.

Həyatı

Qorxmaz Məmməd oğlu Əlili 1958-ci il oktyabrın 15-də Bakıda anadan olmuşdur. Kiçik yaşlarında onda teatr sənətinə böyük maraq yarandığına görə, öz həyatını bütünlüklə Azərbaycan incəsənətinə bağlamışdır.1979-cu ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitunun kino aktyoru fakültəsini bitirmişdir.

Qorzmaz Əlili 1985-ci ildə Miniatür teatrını yaratmşdır.Tamaşaçılar bu teatrda oynanılan duzlu, məzəli tamaşaları bu gün də xatırlayırlar.

1970-1980-cı illərdə Qorxmaz Əlilinin estrada sahəsində oynadığı rollar ona böyük şöhrət gətirmişdir.Təsadüf deyildir ki, o 1983-cü ildə respublikamızda keçirilən estrada artistləri müsabiqəsinin laureatı olmuşdur.Qorxmaz Əlili sonrakı illərdə də bu müsabiqələrin qalibi adını qazanmışdır.1985 və 1987-ci illərdə o beynəlzalq estrada artislərinin müsabiqələrində iştirak etmiş və bu müsabiqələrin laureatı adını almışdır.

Tanınmış estrada aktyoru 1990-cı ildə Azərbaycan Estrada Teatrını yaratmışdır.O, bu teatrın bədii rəhbəri və direktorudur.

Qorzmaz Əlili Azərbaycanda gənc istedadlıların aşkara çıxarılmasında çox böyük əməyi var.Onun təşkilatçılğı ilə uzun illər keçirilmiş "7-17" müsabiqəsində və özünün "Şou Əlili"adlı əyləncəli proqramında xeyli gənc müğənni aşkara çıxarılmışdır.Bu gün bir çox gənc müğənni məhz həmin müsabiqələrdə formalaşmış və tamaşaçıların rəğbətini qazanmışdır.

1991-ci ildə ilk olaraq "Oxşarlar" festifalını yaratmışdır.

O,1992-ci ildə ilk dəfə olaraqrespublika meyxana müsabiqəsini keçirmişdir.1999-cu ildə isə onun rəhbərliyi altında II Respublika Meyxana Müsabiqəsi keçirilmişdir.

1993-cü ildə "Evlənmək istəyirəm"(R.İçərişəhərli), "Silindr"(E.Deflippo) və digər estrada tamaşalarını yaratmış (bədii rəhbər) baş rollarda oynamışdır.

Qorxmaz Əlili həm estrada artisti, həm konfransye, həm şoumen (Aərbaycanın ilk şoumeni), həm də müğənni kimi fəaliyyət göstərir. Belə ki, F.Əmirovun "Şeyx Sənan" operasında Kor Ərəbin mahnısı, C.Cahangirovun "Fizuli"kantatası, Eldar Mansurov, Rauf Məmmədov, Xanım İsmayılqızı, Nadir Əzimov və s bəstəkarların mahnılarının ilk ifaçısıdır.Bundan əlavə o, Azərbaycan futbolu haqqında "Yaşa futbol" adli mahnının (Rauf Məmmədovun) ilk ifaçısıdır.

Azərbaycan televiziyasında Qorxmaz Əlinin apardığı maraqlı verlişlər hər bir tamaşaçıya böyük zövq verir.Onun maraqlı, duzlu, məzəli lətifələr söyləməsi,meyxana verlişlərində söylədiyi fikirlər,müxtəlif reklamlarda oynadığı rollar hammını riqqətə gətirir.
Aktyor Məmməd Əlili (II)nin atasıdır.
Aktyor və rejissor Məmməd Əlilinin oğludur.

Filmoqrafiya
Arşın mal alan (film, 1965)
Binqo+ (????)
Bir cənub kəndində (film, 1997)
Dəli Kür (film, 1969)
Güllələnmə təxirə salınır!... (film, 2003)
Qala (film, 2008)
Qayınana (film, 2011)
QAZ (film, 2005)
Milçək (film, 2006)
Ölüm növbəsi (film, 2009)
Sübhün səfiri (film, 2012)
Tərsinə çevrilən dünya (2011)
Yaz yuxusunun işığı (film, 1996)
Yoxlama (film, 2006)
Yuxu (film, 2001)


Tarix: 03.02.2013 / 18:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 381 Bölmə: Aktyorlar
loading...