Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qulu Məhərrəmli

Məhərrəmli Qulu Məmmədqulu oğlu (d. 1954-cü il, Azərbaycan SSR, SSRİ) — jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, "Jurnalistikanın inkişafına yardım" fondunun sədri; Azərbaycan Respublikasının "Əməkdar jurnalist"i (2006)[1]Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Həmçinin bax
4 İstinadlar


Həyatı

Qulu Məhərrəmli 1954-cü ildə anadan olub. 1978-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Həmin ildən təyinatla Azərbaycan televiziyasına göndərilib.

Televiziyanın müxtəlif redaksiyalarında müxbir, redaktor, böyük redaktor, şərhçi, şöbə müdiri vəzifələrində çalışıb.

1995-ci ildə televiziyanın siyasi icmalçısı təyin edilib. Həmin ildən eyni zamanda "Səhər" musiqi-informasiya proqramına da rəhbərlik edib. Hazırda Xəzər televiziyasında çalışır.

Azərbaycanda telejurnalistikanın inkişafında müstəsna xidmətləri olan Qulu Məhərrəmli "7 gün" analitik-informasiya proqramı (1993-1995), "Təfsilat" (1995-1997), "Gerçəklik" (1997-2002) müəllif verilişləri, eləcə də ekrandakı və mətbuatdakı publisistik çıxışları ilə ictimaiyyətin rəğbətini qazanmışdır.

O, 20-yə yaxın sənədli televiziya filminin müəllifidir. Qulu Məhərrəmli elmi-pedaqoji fəaliyyətlə də məşğuldur.

1989-cu ildə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyaları müdafiə edib.

Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin müəllimidir. Jurnalistikanın tarixi, nəzəriyyəsi və təcrübəsinə dair 15 kitabın müəllifidir.

Ölkənin ictimai həyatında fəal iştirak edən Qulu Məhərrəmli Azərbaycan Mətbuat Şurası sədrinin müavini olmuşdur. Hazırda "Jurnalistikanın inkişafına yardım" fondu qeyri-hökumət təşkilatının sədridir.

Qulu Məhərrəmliyə 4 noyabr 2006-cı ildə Azərbaycan Respublikasının "Əməkdar jurnalist"i fəxri adı verilmişdir[1].

Filmoqrafiya
Qobustan (film, 1997)
Dəvətnamə (film, 2003)
Azərbaycana namus və sevgiylə (film, 2006)
Səhər (veriliş, 1995)
7 Gün (analitik-informasiya proqramı (1993-1995))
Təfsilat (veriliş)(1995-1997)
Gerçəklik (veriliş)(1997-2002)


Tarix: 03.02.2013 / 18:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 174 Bölmə: Aktyorlar
loading...