Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eldəniz Zeynalov

Zeynalov Eldəniz Məmməd oğlu - aktyor.

Həyatı

Eldəniz Zeynalov 1 yanvar 1937-ci ildə anadan olub. Hələ məktəbli ikən dayısı Həsənağa Salayevin tövsiyəsi ilə Azərbaycan Dövlət Dram Tеatrında uşaq rоllarında çıхış еdib. Teatr İnstitutunda aktyorluq təhsili alıb (1956-1962).

Tələbə ikən Eldar Quliyevin "Bir Cənub Şəhərində" filmində baş rollardan birinə çəkilib. Məzun olduqdan sonra Akademik Dram Teatrında işə başlayıb. İlk dəfə "Sevil" tamaşasında Gündüz rolunu oynayıb. Sоnralar tеatr və kinоda, tеlеviziya və radiо tamaşalarında, "Mоzalan" satirik kinojurnalının bir çох süjеtlərində yadda qalan оbrazlar yaradıb.

Xarici film istehsalçılarının "Dulsineya Tobosskaya" (Mosfilm), "Təyyarələr Enmədi" (Özbəkfilm) filmlərində çəkilib. "Humay" mükafatı laureatı (1999), əməkdar artist (1974), xalq artisti Eldəniz Zeynalov 2001-ci il noyabrın 5-də dünyasını dəyişib.
Aktyor Məmməd Zeynalovun və rejissor Elbrus Zeynalovun atasıdır.

Filmoqrafiya
100 (film, 1985)(qısametrajlı bədii film-Mozalan № 100)
777 №-li iş (film, 1992)(tammetrajlı bədii film)
777 №-li sexdə (film, 1979)(qısametrajlı bədii süjet-Mozalan № 47)
Arvadım mənim, uşaqlarım mənim (film, 1978)
Babamızın babasının babası (film, 1981)
Bağ mövsümü (film, 1985)
Bəyin oğurlanması (film, 1986)
Bir cənub şəhərində (film, 1969)
Bir Eldənizimiz yoxdur (film, 2002)
Bizim Cəbiş müəllim (film, 1969)
Dörd bazar günü (film, 1975)
Əhməd haradadır? (film, 1963)
Əzablı yollar (film, 1982)
Fədailər (film, 1986)
Foto "Fantaziya" (film, 1970)
Gözlə məni (film, 1980)
Hər şey yaxşılığa doğru (film, 1997)
Həyat bizi sınayır (film, 1972)
Hörmətli alim yoldaşlar (film, 1971)
İcazə (film, 1972)
"İmportnı" yaxud zırrama (film, 1972)
İyirmialtılar (film, 1966)
Kontor (film, 1978)
Qızıl uçurum (film, 1980)
Qonşu qonşu olsa... (film, 1989)
Mən mahnı qoşuram (film, 1979)
Metamarfoza (film, 1983)
Musiqili xaş (film, 1984)
"Müstəntiq və məntiq" (film, 1971)
Nakəs (film, 1991)
Nə haqla? (film, 1983)
Nigarançılıq (film, 1998)
O qızı tapın (film, 1970)
Ömrün səhifələri (film, 1974)
Rənglərdə yaşayan kino (veriliş, 2009)
Səhər (veriliş, 1995)
Sehrli çıraq (film, 1987)
Sizi, kiçik toy məclisinə dəvət edirik. (film, 1979)
Şəbih (film, 1971)
Telefon macəraları (film, 1990)
Uğurlu təyinat (film, 1984)
Vulkana doğru (film, 1977)
Yaramaz (film, 1988)
Yaşamaq gözəldir, qardaşım! (film, 1966)
Yeddi oğul istərəm... (film, 1970)
Yeganə çıxış yolu (film, 1980)
Yenilik (film, 1986)
Yerlə göy arasında (film, 1999)
Yol əhvalatı (film, 1980)
Yorulmamışam. Rövşən Behcət (film, 2007)
"Yüz vədə bir borcu ödəməz" (film, 1971)


Tarix: 01.02.2013 / 18:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 390 Bölmə: Aktyorlar
loading...