beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ziyadxan Cəbrayılov

AktyorMündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Həmçinin bax


Həyatı

Cəbrayılov Ziyadxan Azad oğlu – aktyor – 1 iyun 1947-ci ildə Şamaxı rayonunda doğulub. 1970-ci ildə N.K.Krupskaya adına kitabxanaçılıq texnikumunun Mədəni-maarif şöbəsinə daxil olub. 1973-cü ildə Bakı xalq yaradıcılıq evində "Qaravəli" xalq teatrının rejissoru vəzifəsində işləyib.

1975-ci ildə Əbilov adına Mədəniyyət evinin təşviqat briqadasının rəhbəri vəzifəsində çalışmışdır.

1977-ci ildə İncəsənət İnstitutunun Musiqili-komediya aktyorluğu fakültəsinə daxil olmuşdur.

1985-ci ildə "LRS" folklor ansamblında aktyor kimi fəaliyyətə başlamışdır.

1970-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə qəbul olunmuşdur. Teatrda işlədiyi müddət ərzində "Bəbirlinin kələyi"ndə Nazir, S.Ələsgərov "Subaylarınızdan görəsiniz"də Əbülhəsən, R.Səfər "Baş tutmayan hiylə"də Ağacdələn, Çaqqal, S.Ələsgərov "Özümüz bilərik"də Qəzetçi Səfdər, "Məlik Məmmədin nağılı"nda Aşbaz, "Məzəli əhvalat"da Təlxək, S.Rüstəmov "Beş manatlıq gəlin"də Kar Möhsüm, E.Sabitoğlu "Hicran"da Həkim, S.Ələsgərov "Hərənin öz ulduzu"nda Kələntər, E.Sabitoğlu "Nəğməli Könül"də Fərrux kişi, Ü.Hacıbəyov "O olmasın, bu olsun"da hambal, E.Sabitoğlu "Hələlik"də Kar kişi, R.Şəfəq "Bir saat xəlifəlik"də Axund Vali, E.Sabitoğlu "Qırmızı papaq"da Canavar, Meşəbəyi, C.Quliyev "Məhəbbət oyunu"nda Xəstə, S.Fərəcov "Səhnədə məhəbbət"də Cangüdən, Samuray, R.Hacıyev "Talelər qovuşanda" professor, O.Kazımov "Qızıl toy"da Əcnəbi, E.Sabitoğlu "92 dəqiqə gülüş"də polis, O.Rəcəbov "Əlin cibində olsun"da polis, R.Əkbər "Bəydullanın möhtəşəm toyu"nda Şəppəli, R.Mustafayev "Məsmə xala dayımdır"da Biznesmen, V.Adıgözəlov "Aldın payını, çağır dayını"da Zığ-Zığ, E.Sabitoğlu "Bankir adaxlı"da Zərgər, S.Fərəcov "Bir günlük siğə"də Sələmçi, O.Rəcəbov "Şeytanın yubileyi"ndə polis, cangüdən kimi obrazları özünəməxsuz ustalıqla oynamışdır.

Ailəlidir 2 övladı var.

Filmoqrafiya
Oyun (film, 2003)
Balqabaq (film, 2007)
Afaq Gülür Güldürür (veriliş)


Tarix: 05.02.2013 / 20:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 480 Bölmə: Aktyorlar