beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rəhman Quliyev

Rəhman Quliyev — «Əməkdar mədəniyyət işçisi», Azərbaycan Dövlət Kukla Teatrının keçmiş direktoru.

Həyatı

Rəhman Ağarəhim oğlu Quliyev 26 iyul 1954-cü ildə Bakıda doğulub. 1974-1978-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.

Fəaliyyəti

1978-1981-ci illərdə Azərbaycan Özfəaliyyət Yaradıcılığı Evində zəhmətkeşlərin istirahətinin təşkili şöbəsinin müdiri, 1981-1984-cü illərdə Bakı şəhəri Mədəniyyət İşçiləri Evinin direktoru, 1984-1989-cu illərdə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının direktor müavini, 1989-cu ildən isə direktor vəzifəsində çalışıb.

Azərbaycan prezidentinin 16 may 2006-cı il tarixli sərəncamına əsasən, «Əməkdar mədəniyyət işçisi» fəxri adına layiq görülüb.

O, 2010-cu il aprelin 7-də axşam saatlarında elə iş yerində dünyasını dəyişib.


Tarix: 04.02.2013 / 20:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 171 Bölmə: Aktyorlar