beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eldar Quliyev

Eldar Quliyev — Azərbaycan kinorejissoru, ssenari müəllifi, aktyor, filmlərin bədii rəhbəri, çəkilişə kömək edən, filmlərdə, verilişlərdə və arxiv kadrlarda iştirak edən şəxs.

Həyatı

Görkəmli Azərbaycan kinorejissoru, xalq artisti, professor Eldar Tofiq oğlu Quliyev 18 yanvar 1941-ci ildə Bakıda anadan olub. 1960-1966-ci illərdə Moskvada ÜDKİ-nun rejissorluq fakültəsində təhsil alıb. 1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. Kifayət qədər tanınmış bədii və sənədli filmin müəllifidir. Həmçinin bir neçə filmin ssenari müəllifidir. Çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda priz və mükafatlara layiq görülmüşdür. Respublika Dövlət mükafatı laureatı, Azərbaycanın xalq artistidir. "Debüt" studiyasının bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino kafedrasının professorudur.
Bəstəkar Tofiq Quliyevin oğludur.
Ssenarist Nərminə Quliyevanın atasıdır.

Filmoqrafiya
Abşeron ritmləri (film, 1970)(tammetrajlı musiqili-bədii televiziya filmi)-quruluşçu rejissor
Ata (film, 1988)
Azərbaycan kinosu-80 (film, 1996)
Azərbaycan naminə (film, 2005)
Babək (film, 1979)
Bəxtəvər (film, 1990)
Bəyin oğurlanması (film, 1986)
Bir cənub şəhərində (film, 1969)
Biri vardı, biri yoxdu... (film, 1967)
Bizim Nəsibə xanım (film, 1991)
Burulğan (film, 1986)
Cənub buxtası (film, 1977)
Dantenin yubileyi (film, 1978)
Dərvişin qeydləri
Dəvətnamə (film, 1989)
Dostuma məktub (film, 1992)
Dünən, bu gün və... (film, 1989)
Çat (film, 1988)
Elegiya (film, 1997)
Ən vacib müsahibə (film, 1971)
Əsirin qayıtması (film, 2002)
Əsl dost (film, 1959)
Girov (film, 2005)
Güllələnmə təxirə salınır!... (film, 2003)
Gümüşgöl əfsanəsi (film, 1984)
Güzgü (film, 1990)(II)
Heydər Əliyev. Dünyaya pəncərə (film, 2006)
İstanbul reysi (film, 2010)
Kədərimiz... vüqarımız... (film, 1998)
Kəsişməyən yollar (film, 2002)
Lal (film, 1992)
Mənim ağ şəhərim (film, 1994)
Nə gözəldir bu dünya... (film, 1999)
Nizami (film, 1982)
Odla qol-boyun (film, 2002)
Özüm və zaman haqqında (film, 1991)
Qızıl uçurum (film, 1980)
Rənglərdə yaşayan kino (veriliş, 2009)
Sevinc buxtası (film, 1977)
Səməd Vurğun (film, 1966)
Səmt küləyi (film, 1973)
Şəhidlik zirvəsi (film, 2001)
Təbəssüm (film, 1992)
Təxribat (film, 1990)
Ümid (film, 2002)
Unudulmuş qəhrəman (film, 2005)
Ürək... Ürək... (film, 1976)
Vahimə (film, 1998)
Var olun, qızlar... (film, 1972)
Vəsiyyət (bədii rəhbər)
Yalançını evinəcən qovarlar (film, 1981)
"Yapon" və yaponiyalı (film, 1990)
Yaşadan, yaşayan Yaşar (film, 2012)
Yaşar Nuri (film, 2008)


Tarix: 01.02.2013 / 18:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 439 Bölmə: Aktyorlar