beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məşədi Süleyman bəy Mansurov

Məşədi Süleyman bəy Mansurov (15 oktyabr 1872 - 19 aprel 1955) - Azərbaycan musiqisinin bilicisi, Bakı muğam məclislərinin rəhbəri.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Həmçinin bax
4 Mənbə


Həyatı

Məşədi Süleyman bəy (15 oktyabr 1872 - 19 aprel 1955) Mansurovlar nəslinin layiqli nümayəndələrindən biridir. Onun musiqiyə həvəsi atası - Bakıda muğam məclislərinin yaradıcısı Məşədi Məlik bəydən keçib. Tarixi sənədlərdən məlumdur ki, Məşədi Məlik bəy Mansurovun (1845-1909) İçəri Şəhərdə öz evində təşkil etdiyi muğam məclislərinin başlanğıcı 1863-cü ilə təsadüf edir. Məşədi Məlik bəy özü tar, kamança, dəf, qoltuq sazı və yeddidilli qarmonda çox yaxşı ifa edirmiş. Muğamların şöbə və guşələrini, həmçinin də poeziyanı, xüsusən qəzəlləri çox gözəl bilirdi.

İrandan, Tiflisdən, İrəvandan və Azərbaycanın hər yerindən Bakıya gələn musiqiçilər aylarla onun evlərində yaşayıb, muğam və poeziya məclislərində iştirak edirdilər. Məşədi Məlik bəyin musiqiyə olan həvəsi oğulları - Məşədi Süleyman bəyə və Mirzə Mansur bəyə də keçmişdi. Hələ uşaq yaşlarından tar çalmağa meyl göstərən Məşədi Süleyman bəy sonralar mahir ifaçı və muğamların gözəl bilicisi kimi tanınıb. Öz dövrünün görkəmli musiqiçiləri ilə, xüsusən Mirzə Sadıq ilə yaxından dostluq etmişdir. Atası Məşədi Məlik bəyin vəfatından sonra Bakı muğam məclislərinə Məşədi Süleyman bəy başçılıq etmişdir. Onun təşkil etdiyi məclislər 1935-ci ilə qədər davam etmişdir. Məşədi Süleyman bəy Mansurov zəmanəsinin ən ziyalı nümayəndələrindən biri kimi tanınıb. O, musiqi, söz, sənət, bilicisi olmaqla yanaşı, həm də böyük iş adamı - dövrünün savadlı şəxslərindən, həmçinin tanınmış icarədarlarından biri idi. Bir çox neft şirkətlərinə boru kəmərlərinin çəkilişi üçün həm özünün, həm də ona etibar olunmuş torpaqları icarəyə verirdi. Bu şirkətlərdən bir neçəsinin adını çəkək: "Восточное Товарищество", "Русское Нефтяное Общество"(РУНО), Русское Товарищество "Нефть", "Общество Борн", Товарищество "Бр. Мирзоевы и К", Товарищество "Арамазд", "Русское Нефтепромышленное Общество", Товарищество "Бр. Нобель", "Восточное общество Товарных Складов" və s. Məşədi Süleyman bəy dövrünün ziyalı şəxslərindən olub - alman, fransız, ingilis, italyan, rus, fars, türk dillərində sərbəst danışıb və yazıb. Səyahət etməyi çox xoşladığına görə dünyanın bir çox ölkələrini gəzib.

Məşədi Süleymanın yaşadığı mənalı ömür vaxtilə yazdığı xatirələrində həkk olunub. 1941-ci ildə "Səbuhi" bədii filmində ağsaqqalların yığıncağı olan səhnədə epizodik rolda çəkilmişdir.
Məşədi Məlik bəy Mansurovun oğludur.
Tarzən Bəhram Mansurovun atasıdır.
Tarzən Nadir Mansurovun atasıdır.
Bəstəkar Eldar Mansurovun babasıdır.
Tarzən Elxan Mansurovun babasıdır.
Kinooperator Aydın Mansurovun babasıdır.

Filmoqrafiya
Səbuhi (film, 1941)
Bakı bağları. Şüvəlan (film, 2007)


Tarix: 03.02.2013 / 17:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 278 Bölmə: Aktyorlar