Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məbud Məhərrəmov

Məbud Məhərrəmov — Azərbaycan teatr və kino aktyoru.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Xarici keçidlər
4 Həmçinin bax


Həyatı

Məbud Məhərrəmov 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsini bitirib. 1978-ci ildən Səməd Vurğun adına Rus Dram teatrında aktyor vəzifəsində işləyir. Bu illər ərzində teatrın səhnəsində 50-dən çox rol oynamış, bir çox filmlərdə çəkilmişdir.

Onun yaratdığı: Ağasaf (M.İbrahimbəyov "Мужчина для молодой женщины"; azərb. "Gənc qadın üçün kişi"), Əmrah (Hidayət "Mənzil"), Ər (Elçin "Mənim ərim dəlidir"), Qannibal (J.Patrik "Странная миссис Сэвидж"; azərb. "Qəribə missis Sevic"), Şut (U.Şekspir "Kral Lir") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.

M.Məhərrəmov bundan başqa bir çox filmlərdə və televiziya filmlərində çəkilmişdir. "Деловая поездка" ("İşgüzar səfər"), "Park", "Другая жизнь" ("Özgə ömür"), "В условиях неочевидности" ("Qeyri-müəyyənlik şəraitində"), "Семейный круг" ("Ailə çevrəsi") kimi filmlərdə aktyor maraqlı, yaddaqalan rollar oynamışdır.

2000-ci ildə M.Məhərrəmov Azərbaycan Respublikasının Əməkdar Artist, 2006-cı ildə isə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adlarına layiq görülmüşdür.

2006-cı və 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülmüşdür.

Filmoqrafiya
Ailə (film, 1998)
Aşkarsızlıq şəraitində... (film, 1986)
Bir anın həqiqəti (film, 2003)
Cavid ömrü (film, 2007)
Dronqo (serial, 2002)
Etimad telefonu (film, 2001)
Fatehlərin divanı (film, 1997)
Güllələnmə təxirə salınır!... (film, 2003)
Hücum (film, 1989)
Xüsusi vəziyyət (film, 1986)
İşgüzar səfər (film, 1982)
Qala (film, 2008)
Məşədi İbad-94 (film, 2005)
Murad-Sad (film, 1988)
Nə gözəldir bu dünya... (film, 1999)
Nigarançılıq (film, 1998)
Özgə ömür (film, 1987)-Müstəntiq
Park (film, 1984)
Sirr (serial, 2012)
Sübhün səfiri (film, 2012)
Təhminə (film, 1993)
"Yapon" və yaponiyalı (film, 1990)
Yaşıl eynəkli adam (film, 1987)
Yaşıl eynəkli adam-2 (film, 1999)-Qərib
Yaşıl eynəkli adam-3 (film, 2002)-Qərib
Yumurta (film, 2003)


Tarix: 02.02.2013 / 15:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 313 Bölmə: Aktyorlar
loading...