beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhərrəm Qurbanov

Aktyor. Mətn oxuyan.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Həmçinin bax


Həyatı

Qurbanov Məhərrəm Valeh oğlu (24.07.1959) - 24 iyul 1959-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 1982-ci ildə Bakı Mədəni-Maarif texnikumunu fərqlənmə diplomu ilə bitirmişdir. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olmuşdur. 1988-ci ildə oranı bitirib və həmin ildə Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlamışdır.

1996-cı ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə qəbul olunmuşdur. Teatrda işlədiyi müddət ərzində S.Ələsgərov "Subaylarınızdan görəsiniz"də Əbülhəsən, E.Sabitoğlu "Nəğməli Könül"də İnzibatçı, E.Sabitoğlu "92 dəqiqə gülüş"də Mağaza müdiri, O.Rəcəbov "Əlin cibində olsun"da oğlan, R.Mustafayev "Məsmə xala dayımdır"da Cəfərqulu, E.Sabitoğlu "Bankir adaxlı"da cangüdən, S.Fərəcov "Bir günlük siğə"də Parnok, O.Rəcəbov "Şeytanın yubileyi"ndə Səlim kimi obrazları özünəməxsuz ustalıqla oynamışdır.

Ailəlidir.

Filmoqrafiya
Qız qalası (film, 2000)
Ərazi (film, 2005)
Qəmbər Hüseynli (film, 2007)
Ayrılıq imiş (film, 2008)


Tarix: 02.02.2013 / 15:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 331 Bölmə: Aktyorlar