beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Emin Sabitoğlu

Emin Sabitoğlu (2 noyabr 1937 – 18 noyabr 2000) – Azərbaycan bəstəkarı, Azərbaycan xalq artisti, bir çox məşhur mahnının müəllifi. Bir çox Azərbaycan filmlərinə musiqi bəstələmişdir.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 İstinadlar
4 Həmçinin bax


Həyatı

Mahmudov Emin Sabit oğlu (Sabitoğlu) 1937-ci il noyabr ayının 2-də Bakıda anadan olub[1]. Musiqi məktəbindən sonra Konservatoriyaya daxil olub (1954, Qara Qarayevin sinfi). Iki ildən sonra Çaykovski adına Moskva Dövlət Konservatoriyasına keçirilib (1956-1961, Yuri Şaporinin bəstəkarlıq sinfi).

1961-ci ildə "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər, Ü. Hacıbəyov adına Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) müəllim işləyib. Musiqinin müxtəlif janrlarında bir çox dəyərli əsərlərin müəllifi olan Emin Sabitoğlu bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. Lakin bir neçə musiqi janrı onun yaradıcılığının əsasını, müəyyənedici hissəsini təşkil edirdi.

O, 600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. "Dərələr", "Bakı, sabahın xeyir", "Uzaq yaşıl ada", "Dağlar", "İnsaf da yaxşı şeydir" mahnıları çoxsaylı əsərlərindən bəziləridir. Tamaşalara yazdığı musiqilərsə o qədər çoxdur ki, sayını heç bəstəkarın özü də doğru-dürüst bilmirdi. Paytaxt teatrları ilə yanaşı Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına musiqi bəstələyib.

Emin Sabitoğlu 18 noyabr 2000-ci ildə Bakıda vəfat edib.
Yazıçı Sabit Rəhmanın oğludur.
Müğənni Xədicə Abbasovanın həyat yoldaşıdır.

Filmoqrafiya
Ad günü (film, 1977)
Aktrisanın təbəssümü (film, 1974)
Ayrılıq bir dənizmiş... (veriliş, 2002)
Azərbaycan çayı (film, 1967)
Azərbaycan elləri (film, 1976)
Azərbaycan teatrının ustaları (film, 1966)
Azərbaycanın subtropiklərində (film, 1963)
Bağışla (film, 1983)
Bağlı qapı (film, 1981)
Bakı bağları. Mərdəkan (film, 2007)
Bakı haqqında 10 dəqiqə (film, 1966)
Balıqların harayı (film, 1990)
Bayquş gələndə (film, 1978)
Bəyin oğurlanması (film, 1986)
Bizi bağışlayın (film, 1979)
Bizim Cəbiş müəllim (film, 1969)
Böyük bostan (film, 1965)
Camışçılıq (film, 1966)
Cazibə qüvvəsi (film, 1964)
Cəlil Məmmədquluzadə (film, 1966)
Çiçək yağışı (film, 1971)
Cümhuriyyət generalları (film, 2006)
Dağlarda zavod (film, 1962)
Dairə (film, 1989)
Dantenin yubileyi (film, 1978)
De ki, məni sevirsən! (film, 1977)
Dədə Qorqud (film, 1975)
Dəniz (film, 1965)
Dörd bazar günü (film, 1975)
Dostların ölkəsində (film, 1966)
Dostluq məşəli (film, 1965)
Evlər yıxanım mənim!!. (film, 1974)
Evləri göydələn yar (film, 2010)
Evləri köndələn yar (film, 1982)
Fədailər (film, 1986)
Gəlinlər (film, 2002)
Gözəllik ondur... (film, 1984)
Gülüş sanatoriyası (film, 1989)
Gün keçdi (film, 1971)
Günah (film, 1989)
Həm ziyarət, həm ticarət... (film, 1995)
Heydər Əliyev. Səkkizinci film. Professional (film, 2004)
Hünər əbədidir (film, 1967)
İgidlik rəmzi (film, 1992)
İstintaq (film, 1979)
Kişilər (film, 1984)
Kür (film, 1963)
Qanlı zəmi (film, 1985)
Qayıdış (film, 1992)
Qətldən yeddi gün sonra (film, 1991)
Qeyri-adi ov (film, 1976)
M. F. Axundov (film, 1962)
"Mədəniyyət" № 1 (film, 1975)
Mənim çörəkli dünyam (film, 1991)
Mətbuat fədaisi (film, 2007)
Mirzə Babayev (film, 2001)
Möhtəşəm tikintinin adamları (film, 1962)
Nəğməkar torpaq (film, 1981)
Nəticə (film, 1988)
O geri çəkilməlidir (film, 1966)
Od içində (film, 1978)
Ölsəm... bağışla (film, 1989)
Ömrün səhifələri (film, 1974)
Onlar belə sevirdilər (veriliş, 2007)
Onun bəlalı sevgisi (film, 1980)
Oqtay Ağayev. Ötən günlər (film, 2004)
Otel otağı (film, 1998)
Oxuyur Şövkət Ələkbərova (film, 1970)
Özgə Ömür (1987)
Paltar fabriki (film, 1962)
Park (film, 1984)
Payız melodiyaları (film, 1974)
Pərdə arxasında (film, 1987)
Poçt qutusu (film, 1967)
Sabahın xeyir, Bakı! (film, 1964)
Sahil bağı (film, 1967)
Salam, Azərbaycan! (film, 1966)
Salam, Zeynəb! (film, 1982)
Şeirin xəzrisi (film, 2000)
Səməd Vurğun (film, 1966)
Səndən xəbərsiz (film, 1985)
Səni axtarıram (film, 1981)
Sənin tərcümeyi-halın (film, 1963)
Təbiətin xilaskarı (film, 2007)
Təhminə (film, 1993)
Uşaq aləmi (film, 1986)
Yaramaz (film, 1988)
Yollar və küçələrlə (film, 1963)


Tarix: 01.02.2013 / 19:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 471 Bölmə: Aktyorlar