beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Souslu buğda şorbası
Souslu buğda şorbası

MATERİAL SİYAHISI:

1 su stəkanı buğda
1 kasa süzmə qatıq
2 xörək qaşığı un
Yarım limon
1 xörək qaşığı kərə yağı
Nanə
Pulcuq istiot
Duz
Su

İÇİ:

Buğdaları isti suyla ısladırıq və gözlədirik. Daha sonra buğdanı yuyub təmiz su ilə qazana qoyuruq və qaynadırıq. Buğda suyunu tamamilə çəkəndə altını bağlayırıq.

Sous üçün, qatığı, unu və limon suyunu bir qabda qarışdırırıq. Soyuq su götürüb çırpma teliylə qarışdıraraq konsistensiyanı açırıq. Daha sonra qaynar su tökürük və bir tərəfdən də çırpma teliylə sürətli qarışdırırıq. Sousu qazanda qaynamağa qoyuruq. İsti su əlavə edərək şorba konsistensiya gətiririk. Buğda əlavə edirik. Duzunu atırıq və bişiririk. Kiçik bir tavaya kərə yağı qoyub əridirik. İçinə nanə və pul bibər atırıq. Şorba konsistensiya gəlib bişəndə xidmət kasasına tökürük. Kərə yağlı sousu üzərinə gəzdirərək xidmət edirik.


Tarix: 12.04.2015 / 22:45 Müəllif: Nurana Baxılıb: 92 Bölmə: Şorbalar ve Helimler