beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İspanaq Şorbası..

MATERİAL SİYAHISI

1 dəstə ispanaq
2 yerkökü
1 soğan
1 kartof
1 su s. Ət suyu
2 şorba q. Kərə yağı
2 şorba q. Un
Su
Duz

İÇİ:

Yerkökü, soğanı və kartofu xırda doğrayırıq. Qazana zeytun yağı tökürük. Soğanı əlavə edib qovurmaya başlayırıq. Arxasınca yerkökü, kartofu əlavə edirik və qovururuq. Kərə yağını əlavə edirik. İsti suyunu veririk. Duzunu atırıq və qapağını örtərək bişməyə qoyuruq. Ayrı bir qazana kərə yağını və unu qoyub un qoxusu çıxana qədər qovururuq. Soyuq suyla və bulyonla konsistensiyanı açırıq.

Digər qazanda qaynayan tərəvəzləri suyla birlikdə meyane qazanına çatdırırıq. Qarışdırırıq və bişməyə qoyuruq. Xörəyimiz bişməsinə yaxın doğranmış ispanağı atırıq və 2-3 dəqiqə daha bişirib altını bağlayırıq, xidmət edirik.


Tarix: 24.01.2015 / 11:17 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: Şorbalar ve Helimler