Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mannalı mini toplar resepti

Tərkibi:
3 st süd
7 xörək qaşığı şəkər tozu
7 xörək qaşığı manna
1 paket krem şanti

Üstü üçün:
1 st hindistan qozu
1 st çiy badam

Hazırlanması:
Geniş bir qaba manna, süd və şəkər tozunu əlavə edin. Qatı hala gələnə kimi bişirin. Arada tez-tez qarışdırın. Bişən qarışıma bir paket krem şantini əlavə edin. Qarışımdan yumru toplar hazırlayıb hindistan qozuna batırın. Əlinizə yapışmamsası üçün arabir əlinizi soyuq suya salın. Üzərinə badam batıraraq süfrəyə təqdim edin.

Nuş olsun!


Tarix: 23.11.2014 / 21:09 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Şirniyyatlar
loading...