beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sadə piroq resepti)

Tərkibi:
2 stəkan pəsok
2 yumurta
1 alma
1stəkan qatıq
3 stəkan un
yarım stəkan duru yağ
1 ovuc kişmiş
kakos
qabartma tozu
soda

Hazırlanması:
Əvvəlcə almanı xırda doğrayıb azca pesok vurub suyunu sıxırıq. Sonra bir qaba unu, pesoku, yağını töküb əllərimizlə ovuruq umac halına saldıqdan sonra kişmiş, alma, azca kakos dənələrini vururuq. Qatığın içinə sodanı töküb çalaraq yavaş-yavaş ərzaqların içinə vurub yoğururuq. Tam hazır olan ərzaqları yağlanmış listə töküb üzərinə yumurta ağını çəkərək kakos dənələrinidə əlavə edib sobaya bişməyə qoyuruq. Üzü qızardıqdan sonra kirbit dənəsi ilə yoxlamaq olar kirbit dənəsi quru olarsa deməli hazırdır.

Nuş olsun!


Tarix: 23.11.2014 / 20:56 Müəllif: Aziza Baxılıb: 72 Bölmə: Şirniyyatlar