beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tüfəng

Tüfəng odlu silah olub, uzun lüləyə malikdir. Lüləyinin uzunluğu ən azı 30 sm ölçüsündə olur. Onun ümumi uzunluğu isə ən azı 60 sm-dir (qundaq, çaxmaq, lülək).

Tüfəngdən hücum, müdafiə, siganl vermək, ov, idman və ya oyunlarda istifadə edilə bilər. Tüfənglər adətən atəş zamanı əldə tutulduğundan onlara əl silahı da deyirlər.

Tarixi haqqında

Parker silahının çaxmaq hissəsi (1810).

Bu gün bizə məlum olan tüfəng hələ 1300-cü ildə məlum olan atəşli silahın əsasında inkişaf etdirilmişdir. İlk vaxtlarda bu tökmə yolu ilə hazırlanmış borudan ibarət idi. Bu boru kiçik deşikdən alovlandırılırdı.

İlk əl boruları çox qeyri dəqiq idi. XVİ əsrin ortalarında hazırlama texnologiyasının inkişafı nəticəsində onların dəqiqliyi artır. Bu ərəfədə düzəldilmiş tüfənglər artıq bu gün məlum olanlar ilə oxşarlıqları vardır. Onların çoxunda mexaniki dartma sistemi var idi. Ağır çəkiyə malik olduğundan onlar çox vaxt dayaq üzərində qoyulurdular ki, bu, atəş zamanı yaranan təkanları səngidirdi.

XVİ əsrdə dəmirçilik peşəsi inkişaf etdikdən sonra borular Muşketlərlə əvəz olunmağa başlayır. Muşketlər sürətlə inkişaf etdirilərək döyüş meydanlarında geniş tətbiq olunurlar. İplə alışqan getdikcə çaxmaq daşları (bu Filint də adlanır)ilə əvəz olunmağa başalyır. Bütün bunlar tüfəngin daha da geniş tətbiq edilməsinə imkan yaradır. XİX əsrdə istifadə edilən patronlarda yeni model - kapsulalar tətbiq olunmağa başlayır. Tüfəngin titəyi çəkildikdə çaxmaq başlığı kapsulanın uc hissəsinə dəyərək oradakı zərbəyə həssas partlayıcı maddəni alışdırır və bununla kapsuladakı barıt alovlanır. Əvvəlki modellərə nisbətən bu mexanzim rütubatə və hava durumuna qarşı həssas deyildi.

XİX əsrin ortlaraına qədər yuxarıda təsvir olunan tüfəng modelləri qabaqdan doldurulurdular. Bundan sonra arxadan doldurulan silahlar meydana gəlir. Əvvəldə kağız patronlardan istifadə edilməyə başlayır. 1860-cı ildə sənaye üsulu ilə istehsal olunmuş metal gilzəli patronların tətbiqinə keçilir. Bununla tüfənglərin iç prinsipində də təkmilləşmə baş verir. Çoxdəfə yüklənən tüfənglər meydana gəlir.


Tarix: 20.03.2013 / 15:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 183 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari