beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Verner Zombart

Zombart (Sombart) Verner (1863-1941) alman iqtisadçısı, sosioloq və tarixçi.Mündəricat
1 Həyatı
2 Əsərləri
3 Rus dilində
4 Türk dilində
5 Zombart haqqında
6 İstinadlar
7 Həmçinin bax
8 Xarici keçidlər


Həyatı

Breslav və Berlin Universitetlərinin professoru Şmollerin şagirdi olub, bir çox fikirlərində siyasi iqtisadın tarix məktəbinin tərəfdarı idi. Lakin Zombart iqtisad elmində tarixi və abstrakt tədqiqat metodlarını birləşdirməyə cəhd edərək, tarix məktəbindən qabağa getmişdir. Və o, buna nail olmuşdur. Zombartın mühüm əsəri "Müasir kapitalizm"dir, birinci nəşri 1903-cü ildə olmuşdur. Sonralar bu əsər dəfələrlə nəşr olunmuş, yeni nəşrin son cildləri 1928-ci ildə buraxılmışdır.

Zombart bu əsərdə kapitalizm tarixini erkən kapitalizm (XYIII əsrin ikinci yarısında sənaye inqilabına qədər), inkişaf etmiş kapitalizm (birinci dünya müharibəsinə qədər) və gecikmiş kapitalizm kimi inkişaf mərhələlərinə ayıraraq bütövlüklə təhlil etmişdir. Zombart kapitalizmin iqtisadi inkişaf perspektivlərini nəzərdən keçirərək, "sosial plüralizm" nəzəriyyəsini irəli sürmüşdür. Təsərrüfat formalarının inkişaf tarixindən Zombart belə bir nəticəyə gəlir ki, cəmiyyət inkişaf etdikcə təsərrüfat formaları da artır, belə ki, köhnə formalar itmir, əksinə, yenilərilə yanaşı fəaliyyətlərini davam etdirirlər. Məsələn, orta əsrlərdə Avropada həm kəndli təsərrüfatı, həm biyar – mülkədar təsərrüfatı, həm də şəhər sənətkarlığı paralel mövcud olmuşdur. Sonra kapitalizm yaranmışdır, lakin natural təsərrüfat və sənət mövcud olmaqda davam etmişdir. Zombart belə nəticə çıxarır ki, gələcəyin cəmiyyətində aşağıdakı 6 forma mövcud olacaqdır: kapitalizm, kooperativ təsərrüfat , ictimai təsərrüfat (bura Zombart dövlətə və başqa ictimai təşkilatlara, məsələn, şəhər özünüidarə təşkilatlarına aid olan müəssisələri də daxil edir), natural təsərrüfat, sənət, kəndli təsərrüfatı. Zombart öz əsərlərində kapitalizmlə sosializmin yaxınlığını sübut etməyə cəhd edirdi. O, deyirdi ki, sabitləşdirilmiş və tənzimlənmiş kapitalizmlə texniki cəhətdən təkmilləşmiş, səmərələşdirilmiş sosializm arasında fərq çox da böyük deyildir və deməli, insanların və insan mədəniyyətinin taleyi üçün təsərrüfatın kapitalistcəsinə, və ya sosialistcəsinə təşkil olunacağı az və ya çox dərəcədə əhəmiyyətsizdir. Sonralar Zombartın "sosial plüralizm" konsepsiyası kapitalizmin təkamülünün mümkünlüyünü əsaslandıran və müasir kapitalizmi xüsusi və ictimai (dövlət müəssisələri şəklində) təsərrüfatların elementlərinin birləşməsi kimi təsvir edən "qarışıq iqtisadiyyat" nəzəriyyəsinin əsasını təşkil edir.


Zombartın metodologiyası özünəməxsus dualizmlə xarakterizə olunur ki, onun da mahiyyəti – hər bir ayrıca problemin tədqiqatının empirik və nəzəri hissələrinin bölgüsündən ibarətdir.

Bu dualizmin mahiyyəti ondan ibarətdir ki, ayrıca götürülmüş hər bir problemin tədqiqi empirik və nəzəri bölgüdə effektlidir. Ümumi iqtisadi inkişafın təhlilində bu təsnifat "təsərrüfat sistemi" və "təsərrüfat epoxaları"na ayrılmada təzahür edir. V.Zombarta görə təsərrüfat sistemi xalis mücərrəd-nəzəri düzümdür və onun köməyi ilə realist-empirik tədqiqin obyekti təsərrüfat epoxasına görüntü verilir. Təsərrüfat epoxası daxilində alim "iqtisadi texnika" səviyyəsində dövrilik təsnifatı aparır. Müvafiq təkamül meyarlarına əsaslanaraq hər bir təsərrüfat epoxası ilkin təsərrüfat, kulminasion faza və sonrakı təsərrüfat bölgüsündə əsaslanır.

Əsərləri
Noo-Soziologie, В., 1956: Studien zur Entwicklungsgeschichte des modernen Kapitalismus, Bd I-2, Münch. — Lpz., 1913;
Die Zukunft des Kapitalismus. B., 1932.
Deutscher Sozialismus. B., 1934. (в рус. пер. "Социализм и социальное движение в XIX столетии")

Rus dilində
Социализм и социальное движение в XIX столетии. – СП(б), 1902.
Художественная промышленность и культура. – СП(б),
Идеалы социальной политики. – СП(б), 1906.
Современный капитализм, т. 1-2. – М., 1903-05; т. 3. – М.—Л., 1930 (т. 1, 2 изд. – М. -Л., 1931)
Буржуа. – М., 1924.
Народное хозяйство в Германии в XIX и в начале XX в. – М., 1924.
Зомбарт В. Евреи и хозяйственная жизнь. – СП(б).: Книгоиздательство "Разум", 1912.
Зомбарт В.Буржуа: Этюды по истории духовного развития современного экономического человека / Пер. с нем.; изд. подгот. Ю. Н. Давыдов, В. В. Сапов. — М.: Наука, 1994.
Зомбарт В. Социология / Пер. с нем. И. Д. Маркусона. – М.: УРСС, 2003.
Зомбарт В. Буржуа: этюды по истории духовного развития современного экономического человека; Евреи и хозяйственная жизнь / Пер. с нем. – М.: Айрис-пресс, 2004.
Зомбарт В. Избранные работы / Пер. с нем. – М.: Территория будущего, 2005.
Зомбарт В. Собрание сочинений: В 3 т. – СПб.: Владимир Даль, 2005.
Зомбарт В. Роль евреев в развитии капитализма.

Türk dilində
Aşk, Lüks ve Kapitalizm: Modern Dünyanın Savurganlığın Ruhundan Doğması Üzerine, Bilim ve Sanat Yayınları, Ankara, 1998, ISBN 975-7298-30-1
Dünya Görüşü Bilim ve Ekonomi, Çizgi Kitabevi, Konya, 2004
Kapitalizm ve Yahudiler, İleri Yayınları, İstanbul, 2005
Burjuva: Modern Ekonomi Dönemine Ait İnsanın Ahlâki ve Entelektüel Tarihine Katkı, Doğu Batı Yayınları, Ankara, 2008, ISBN 978-975-8717-37-8


Tarix: 17.03.2013 / 13:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 356 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari