beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dekabank

Tarixçə

Azərbaycanda ilk özəl bank olaraq Deka-Bank öz fəaliyyətinə 1989-ci ildə kooperativ bank kimi başlayıb. O zaman Azərbaycanda, bütün keçmiş SSRİ ərazisində olduğu kimi, kooperativ fəaliyyəti geniş vüsət almışdı və məhz Deka-Bank yeni yaradılmış kooperativlərin hesablarına xidmət göstərmək qabiliyyətinə malik idi. Kooperator hərəkatı gücləndikcə Deka-Bank da fəaliyyətini genişləndirirdi. Sovet ittifaqı dağıldıqdan sonra bank Azərbaycan Respublikasının Milli Bankında yenidən qeydiyyatdan keçib 9 dekabr 1992-ci ildən etibarən kommersiya bankı kimi, 68 No-li lisenziya əsasında, fiziki və hüquqi şəxslərə çox saylı xidmətlər göstərir.

Hal-hazırda bank kassa-hesabat ,kredit,depozit,plastik kart əməliyyatları aparır və dünyanın istənilən nöqtəsinə valyuta ödənişləri üzrə xidmətləri göstərir. Bankın fəaliyyətinin əsas istiqaməti məhz kredit verilməsidir.Xidmət metodlarının təkmilləşdirilməsi və yeni texnoloqiyalara qoşulması məqsədi ilə, bank 2001- ci ildə, lazımi avadanlıq əldə edərək ümümdünya maliyyə ödəmələri sisteminə (S.W.İ.F.T.-DEKBAZ22) keçib.


Bank fiziki şəxslərə xidmət sahəsində WESTERN UNİON sistemi ilə dünyanın istənilən nöqtəsinə və MİGOM sistemi ilə MDB dövlətlərinə qısa bir müddətdə pul ödənişləri qəbul edir və ödəyir .


Bank bazarında 16 illik fəaliyyəti nəticəsində "DekaBank KB" ASC tədricən Azərbaycanın qabaqcıl banklarından birinə çevrilərək texniki və maliyyə bünövrəsini möhkəmləndirdi.Bankın nizamnamə kapitalı artırılaraq 01.01.2008-cı il tarixdə 10.3 mln(AZN) manat olmuş və 01.01.2009-ci il tarixədək 12.0 mln manata çatdırılacaqdır.01.01.2008-ci il tarixə bankın aktivləri 24.9 mln manat təşkil etmişdir.Kredit portfeli aktivlərinin 76,9%-n(19.2 mln) təşkil edir.Dövr ərzində bankın kredit portfeli təxminən 3 dəfə artmışdır.


2003-cü ilin mart ayından "DekaBank KB " ASC İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlara Kömək Milli Fondunun vəsaitinin sahibkarlara kredit verilməsində iştirak edən müvəkkil banklar sırasındadır. Bank indiyə qədər ancaq sahibkarlıq fondu hesabına 15 rayon üzrə 195 sahibkara 5.4 mln manat kredit vermişdir.Bank əlavə resurslar əldə etmək hesabına da əhaliyə və müxtəlif sahələrdə çalışan sahibkarlara kreditlər vermişdir. 01.07.2008-ci il tarixə bankın kredit qoyuluşu 18011 mln manat təşkil etmişdir.Ümumi kredit qoyuluşunun 58.2% özəl müəsisələrin, 41.8% isə fiziki şəxslərin payına düşmüşdür.Özəl sektora yönəldilən kreditlərin 91% ticarət və xidmət sahələrinə, 9% isə kənd təsərüfatı müəsisələrinə yönəldilmişdir. Belə ki , ötən il bankın əldə etdiyi əsas gəlirin mənbəyinin-78,7%-i faiz gəlirlərindən və 21,3% isə xidmət haqlarından ibarət olmuşdur.2007 ci ildə bankın mənfəəti 558,05 min manat olmuşdur.01.07.08-ci il tarixə isə mənfəət 1,22 mln manat olmuşdur.


Bank sabit müştəri bazasına malikdir. Bankın müştəriləri sırasında sahibkarlığın müxtəlif sektorlarında fəaliyyat göstərən, kənd təsərrüfatı, tipoqrafiya xidmətləri, qabaqcıl avtomobil şirkətlərinin distribyutorları, sənaye (tomat pastası, dondurma, yuyucu maddələr və s.) şirkətləri, səyahət, tikinti, nəqliyyat, kommunikasiya kompaniyaları, elmi-tədqiqat idarələri, BEHM zavodu və s. böyük şirkətlər var. Bankın 6 filialı respublikamızın müxtəlif regionlarında fəaliyyət göstərir.


Tarix: 19.03.2013 / 20:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 272 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari