beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bank of Baku

Tarixçə

1994
14.02 Azərbaycanın ilk kommersiya banklarından biri kimi Tuqay bank adı altında qeydiyyatdan keçdi.

1997
10.02 Fəaliyyətimizi Bank of Baku adı ilə davam etdirməyə başladı.
14.05 Bakı Banklararası Valyuta Birjasının üzvü oldu.
27.08 Birgə Səhmdar Kommersiya Bankı kimi təkrar qeydiyyatdan keçdi.

1998
18.12 S.W.I.F.T-ə üzv oldu.

2001
31.03 Alman-Azərbaycan Fondunun Azərbaycanda kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi proqramı çərçivəsində KFW ilə (Almaniya İnkişaf Bankı) partnyorluğa başladı. Hazırda Bankımız AAF-ın Azərbaycanda ən iri partnyorlarından biridi.

2002
Yanvar Fəaliyyət istiqaməti banklararası xidmətlər bazarından pərakəndə bank xidmətləri, kiçik və orta sahibkarlıq və korporativ seqmentə yönəltdi.
Fevral Almaniyanın Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun Bank sistemində korporativ idarəetmənin təkmilləşdrilməsi layihəsi üzrə partnyoru oldu.
01.06 "Azneft" filialı açıldı.

2004
13.02 Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən kiçik və orta sahibkarlığın inkişafına kredit xətti ayrıldı.
08.06 AYİB-in Ticarət əməliyyatlarının maliyyələşməsi proqramına üzv olmaqla zəmanət və akkreditivlərin verilməsi məqsədilə kredit xətti əldə etdi.
01.10 "Neftçilər" filialı açıldı.
20.10 Master Card-dan Affiliate statusu aldı. 2005-ci ilin sentyabr ayından etibarən öz beynəlxalq kartları buraxmağa başladı.
22.10 Hüquqi statusu Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyəti kimi təsbit olundu.
14.12 Londonda keçirilən biznes həftəsində Bank of Baku, İlkbank və Avropa Yenidənqurma və İnkişaf Bankı arasında üçtərəfli niyyət protokolu imzalandı. Sənədə əsasən Avropa Bankı bu iki kommersiya bankı arasında birləşmə prosesi tamamlandıqdan sonra yeni Bankın Nizamnamə kapitalında iştirak edəcəyini rəsmən təsdiq etdi.

2005
25.01 Beynəlxalq Maliyyə Korprorasiyası ilə Lizinq xidmətləri və Korporativ idarəetmənin təkmilləşdirilməsi layihəsi üzrə razılaşma imzaladı.
26.01 Azərbaycanın Milli Bankı Bank of Baku və İlkbank kommersiya banklarının birləşməsini rəsmən təsdiqlədi.18 fevral 2005-ci il tarixdə isə Milli Bank yeni Bank of Baku KB ASC-nin fəaliyyəti üçün lisenziya verdi.
26.04 AYİB-lə korporativ müştərilərin birgə maliyyələşdirilməsi haqqında Niyyət protokolu imzaladı.
26.06 Əsasən korporativ və VİP-müştərilər üçün nəzərdə tutulan "Mərkəz" filialı açıldı.
22.07 Societe Generale Bankı tərərfindən ticarət əməliyyatlarının maliyyələşdirilməsi məqsədilə kredit xətti ayrildı.
04.10 AYİB-in Direktorlar Şurası Bank of Bakunun Nizamnamə kapitalında iştirak edəcəyi ilə bağlı qərarı təsdiqlədi. Oktyabr ayının 14-də isə AYİB-in Bankımızın Nizamnamə kapitalının 25 %-ni əldə etməsi ilə bağlı tərəflər arasında Razılaşma imzalandı.

2006
05.04 Filial şəbəkəsinin genişləndirilməsi strategiyası çərçivəsində ilk BOB - Ekspress xidmət məntəqəsini müştəriləri üzünə açdı.
05.05 İkinci BOB - Ekspress xidmət məntəqə fəaliyyətə başladı.
15.05 "Otoplaza" və "Xəqani" filialları fəaliyyətə başladı.
16.06 "Nəsimi" filialı öz qapılarını müştərilərin üzünə açdı.
15.09 "Nizami" filialı açıldı.
15.09 Sumqayıt şəhərində bankın ilk filialı açıldı.

2007
08.01 Şəki şəhərində bankın ilk filialı açıldı
06.03 "Bakıxanov" filialı açıldı
27.04 İnternet saytı Azərbaycanda ən tanınmış və hələlik yeganə olan Netty mükafatına layiq görülən ilk bank saytı oldu
15.05 "Yasamal" filialı açıldı
05.09 Gəncə şəhərində ikinci regional filialı açıldı
10.09 Lənkəran şəhərində üçüncü regional filialı açıldı
08.10 "Bank of Baku" avro kartlar emissiya etməyə başladı
22.11 "Əhmədli" filialı açıldı

2008
19.03 "Neftçilər" filialı Western Union TPKS tərərfindən keçirilən "Top Country Teams – 2007" nominasiyası üzrə "Bütün kateqoriyalar üzrə ən yaxşı punkt" adına layiq görülmüşdür.
26.07 "Bank of Baku" "Moneygram" Beynəlxalq Pul Köçürmə Sisteminə qoşuldu
05.08 Azərbaycan bank tarixində ilk dəfə olaraq müştəri borclarının növbəsiz və rahat ödənilməsi üçün filiallarında "Cash in" aparatlarının tətbiqinə başladı.
30.08 Bankın wap.bankofbaku.com saytı fəaliyyətə başladı.
01.09 Bankın "Kart istifadəçilərinə dəstək" mərkəzi fəaliyyətə başladı.
27.10 Bankın KÖMİS ( Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi) layihəsinə qoşuldu.
24.11 Principal üzv kimi Visa Beynəlxalq kart sisteminə qoşuldu.


Tarix: 19.03.2013 / 20:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 395 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari