beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əlavə dəyər vergisi

Əlavə dəyər vergisi (ƏDV) istehlak vergisinin növüdür. Bu vergi məhsula və ya materiala hər bir istehsal və çatdırma (distribusiya) mərhələsində əlavə olunan bazar dəyərinə qoyulur, və axırda istehlakçının üzərinə düşür. Bu satış vergisindən fərqlidir, çünki satış vergisi alış-veriş nöqtəsində götürülür. Fransanın Vergi Vəkalətinin (Direction générale des impôts) birgə direktoru Maurice Lauré 1964-cü ildə aprelin 10-da bu vergini ilk dəfə tətbiq edən olub, baxmayaraq ki bu konsepti 1918-ci ildə təklif edən alman sənayeçi Vilqeym fon Simens (Wilhelm von Siemens) olub. İlkin olaraq o böyük bizneslərə yönəldilmişdir, amma sonra biznesin bütün sahələri əhatə edib. Fransada o dövlət gəlirlərin 50%nı təşkil edən dövlət maliyyənin vacib mənbəyidir.[1]

Fərdi axrıncı istehlakçılarda ƏDV-ni geri qaytarmaq imkanı yoxdur, amma müəssisələr təchizat zənciri çərçivəsində alınan və növbəti mərhələrə satılan (digər müəssisəyə və ya istehlakçılara) məhsullar və xidmətlər üçün ödənilmiş ƏDVni geri ala bilərlər. O cümlədən təchizat zəncirin hər bir mərhələsində vergi biznes tərəfindən əlavə olunan dəyərin daimi hissəsidir, və verginin yığması ilə bağlı xərclər dövlətə yox, daha çox bizneslərə düşür. ƏDV ona görə yaradılıb ki, yüksək satış vergiləri onlardan qaçmağa və fırıldaqlığa səbəb olurdu. Verginin tənqidçiləri qeyd edir ki, o qeyri-proporsional olaraq aşağı və orta gəliri olan ev təsərrüfatları üçün vergi ağırlığını artırır.


ƏDV-nin mahiyyəti və dolayi vergilər sistemində rolu

ƏDV dolayı vergi olmaqla məhsulun qiymətinə əlavə formasında çıxış edir. Əgər mənfəət vergisi müəssisənin sərəncamında qalan mənfəətin, gəlir vergisi işçilərə ödənilən əmək haqqının həcmini azalmasına səbəb olursa, ƏDV isə müəssisənin vəsaitlərinin həcmini azaltmır, çünki o, məhsulun istehlakçısı tərəfindən əmtəənin qiymətində ödənilir. Əlavə dəyər vergisinin iqtisadi mənası ondan ibarətdir ki, o, istehsalın və dövriyyənin bütün mərhələlərində yaradılmış və satılmış malların, işlərin, xidmətlərin dəyəri ilə istehsal və dövriyyə xərclərinə aid edilmiş material xərcləri arasındakı fərq kimi müəyyən edilən əlavə edilmiş dəyərin bir hissəsindən tutulur. Bu vergi hüquqi və fiziki şəxslərin fəaliyyəti prosesində yaranan dəyər artımının qanunvericiliklə müəyyən olunmuş kəmiyyətinin dövlət büdcəsinə ayrılan hissəsidir. ƏDV-nin tətbiqi sferası iqtisadi subyekləri deyil, daha çox iqtisadi əməliyyat və fəaliyyətləri əhatə edir. Buna görə də, ölkənin hüdudlarından kənarda satılan mallar, göstərilən xidmətlərin ƏDV üzrə vergitutma obyekti olub-olmamasını müəyyən etmək üçün vergi qanunvericiliyində ƏDV-nin tutulması prinsipinə diqqət yetirmək lazımdır. Ümumiyyətlə, beynəlxalq praktikada əməliyatların ƏDV-yə cəlb olunmasının iki prinsipindən istifadə olunur:
Mənşə ölkəsi (malların, işlərin və xidmətlərin istehsal olunduğu ölkə) prinsipi;
Təyinat ölkəsi (malların, işlərin və xidmətlərin istehlak olunduğu ölkə) prinsipi.

Məqsədəuyğundur ki, mənşə ölkəsi prinsipinə əsasən daxili və ya xarici bazarda təqdim olunmasından asılı olmayaraq, mallar ölkə ərazisində qismən və ya tam təqdim edilibsə, onda həmin əməliyyat ƏDV-yə cəlb olunmalıdır. Onu da qeyd edək ki, Sovetlər Birliyi dağıldıqdan sonra yeni formalaşan müstəqil dövlətlər (Baltikyanı dövlətlər istisna olmaqla) öz aralarında ticarəti mənşə ölkəsi prinsipinə əsaslanan vergi rejimində ƏDV-yə cəlb edirdilər. Bu prinsipə uyğun vergiyə cəlbetmə zamanı vergitutma bazası müsbət ticarət balansı olan ölkələrin xeyrinə hərəkət edir. Digər tərəfdən, postsovet ölkələri ilə ticarətin mənşə ölkəsi prinsipi, yerdə qalan, yəni uzaq xarici ölkələr ilə təyinat ölkəsi prinsipi ilə aparılması daha çox ƏDV-nin iqtisadi mahiyyətinin deformasiyasına gətirib çıxarırdı. Həmçinin, bu halda yalnız ixracın dəyərinin ƏDV üzrə vergitutma obyekti kimi müəyyən olunması baş verir ki, bu da iqtisadi cəhətdən zəif inkişaf etmiş, xüsusilə beynəlxalq bazarda rəqabət qabiliyyəti aşağı olan ölkələr üçün demək olar ki, qəbul edilməzdir. Bunu da qeyd etməliyik ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsi 1 yanvar 2001-ci il tarixindən qüvvəyə mindikdən sonar Respublikamızda bu prinsip əsasında vergiyə cəlb etməyə son qoyuldu. Təyinat ölkəsi prinsipinə görə, mallar ölkə daxilində istehlak üçün nəzərdə tutulduğu halda, əməliyyat ƏDV üzrə vergitutma obyekti hesab olunur. Bu prinsip tətbiq olunduqda yalnız ölkə ərazisində istehlak olunan bütün malar (işlər və xidmətlər) ƏDV-yə cəlb olunur. Belə ki, təyinat prinsipi mal, iş və xidmətin ƏDV-yə cəlb olunmasının istehlak ölkəsində aparılması ilə xarakterizə olunur. Bu, beynəlxalq prinsipdir və hər bir ölkəyə öz daxili istehlakını ƏDV-yə cəlb etməyə imkan verməklə yanaşı, həm də həmin ölkələrə mövcud vəsaitlərin paylanmasında daha böyük nailiyyətlər əldə etməyə və daha az neqativ nəticələrin yaranmasına şərait yaradır. Tutaq ki, A və B ölkələrinin müxtəlif əmtəə qrupları üzrə ticarət münasibətləri var. A ölkəsi öz ərazisində ƏDV-nin mənşə prinsipini tətbiq edir. B ölkəsi isə təyinat ölkəsi prinsipindən istifadə edir. A ölkəsi B-yə mal ixrac edərkən həmin malları gömrük məntəqəsində ƏDV-yə cəlb edir. Çünki, mənşə ölkəsi prinsipində ixrac ƏDV üzrə vergitutma obyektidir. B ölkəsi də öz növbəsində idxal olunan mallara ƏDV tətbiq edir. Beləliklə, B ölkəsi ərazisində satılan həmin mallar iki dəfə ƏDV-yə cəlb olunur. Deməli, idxal olunan malların qiyməti hər iki ölkədə tətbiq olunan ƏDV dərəcəsi həcmində artmış olur. Bu da idxal olunan malların yerli bazarlarda realizə olunmasını çətinləşdirir. Belə bir vəziyyətin aradan qaldırılması üçün ölkələr arasında qarşılıqlı razılaşma müqaviləsi imzalanır. Eyni zamanda, çox vaxt belə bir vəziyyətin yaranmaması üçün dünya ölkələrinin əksərində təyinat ölkəsi prinsipindən istifadə edilməsi məqsədəuyğun hesab edilir. Bununla əlaqədar beynəlxalq təcrübəni təhlil etdikdə, məlum olur ki, ƏDV tətbiq edilən ölkələrin əksəriyyətində təyinat ölkəsi prinsipindən istifadə edilir. Azərbaycan qanunvericiliyinə gəldikdə isə ölkəmizdə də dünyanın əksər ölkələrində olduğu kimi təyinat ölkəsi prinsipindən istifadə olunur. ƏDV-ni digər vergilərdən fərqləndirən əsas xüsusiyyətlərdən biri də vergi əvəzləşdirilməsi mexanizminin mövcud olmasıdır. Fərdi axrıncı istehlakçılarda ƏDV-ni geri qaytarmaq imkanı yoxdur, amma müəssisələr təchizat zənciri çərçivəsində alınan və növbəti mərhələrə satılan (digər müəssisəyə və ya istehlakçılara) məhsullar və xidmətlər üçün ödənilmiş ƏDV-ni geri ala bilərlər. O cümlədən təchizat zəncirin hər bir mərhələsində vergi biznes tərəfindən əlavə olunan dəyərin daimi hissəsidir, və verginin yığması ilə bağlı xərclər dövlətə yox, daha çox bizneslərə düşür. ƏDV ona görə yaradılıb ki, yüksək satış vergiləri onlardan qaçmağa və fırıldaqlığa səbəb olurdu. Verginin tənqidçiləri qeyd edir ki, o qeyri-proporsional olaraq aşağı və orta gəliri olan ev təsərrüfatları üçün vergi ağırlığını artırır. Ümumiyyətlə beynəlxalq səviyyədə Əlavə Dəyər Vergisinə regional inteqrasiya çərçivəsində vergi sisteminin inkişafı və transformasiyası baxımından vergi harmonizasiyasının əsas aləti kimi baxılır. Vergi harmonizasiyası vahid Avropa İqtisadi məkanının yaradıldığı zaman yaranmışdı və dövlətlərarası regional əməkdaşlıq zamanı inkişaf etmişdi. Bu qlobal məsələnin həyata keçirilməsi məqsədilə ƏDV-nin və digər dolayı vergilərin hesablanması və dərəcələrin eyni həddə qəbul edilməsi yolunda işlər aparılır.


Azərbaycanda ƏDV-nin tətbiqi və inkişaf xüsusiyyətləri

Leqal iqtisadiyyatın nоrmal fəaliyyət göstərməsi üçün əlverişli vergi şəraitinin yaradılması dövlətin vergi siyasətinin əsas istiqamətlərindən biridir. Respubliкamızda bu sahədə daim məqsədyönlü işlər görülmüşdür. Belə кi, mənfəət vergisinin dərəcəsi 45 faizdən 24 faizə, əlavə dəyər vergisinin dərəcəsi 28 faizdən 18 faizə, fiziкi şəхslərin gəlir vergisinin maкsimal dərəcəsi 55 faizdən 35 faizə endirilmiş, aylıq gəlirin vergi tutulmayan məbləği 150000 manata qaldırılmışdır. Bütün bunların nəticəsində Azərbaycan Respubliкasında əкsər vergilərin dərəcələri digər ölкələrdəкi analоji vergi dərəcələrindən хeyli aşağıdır.


Nazirlər Kabinetinin 2012-ci il 7 may tarixli qərarı ilə əlavə dəyər vergisi üzrə gömrük borcunun hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibətdə isə mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır və həmin gün qüvvədə olan vergi dərəcəsi əsas götürülür. Uyğun olaraq Respublikamızda ƏDV məbləği aşağıdakı qaydada hesablanır:
ƏDV = (D + A + R) x V/100

D - Malların gömrük rəsmiləşdirilməsi zamanı müəyyən edilmiş gömrük dəyəri; A - aksiz vergisi; R - gömrük rüsumları; V - qüvvədə olan vergi dərəcəsi. Şəxsin ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəsində göstərilən məlumatlar vergi orqanı tərəfindən 30 gün müddətində qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılır. Ərizədəki məlumatlar düzgün olduqda, araşdırmanın nəticələri üzrə müəyyən edilmiş formada akt tərtib olunur və ərizədə göstərilən məlumatlar ƏDV qeydiyyatı üçün əsas verdikdə vergi orqanı şəxsi ƏDV ödəyicilərinin reyestrində qeydə almağa və ona 5 iş günündən gec olmayaraq qeydiyyat bildirişi verməyə borcludur. Akt iki nüsxədə tərtib olunur və bir nüsxəsi şəxsə təqdim edilir. Şəxsin ərizəsindəki məlumatların düzgün olmadığı müəyyən edildikdə, araşdırmanın nəticələri üzrə müəyyən edilmiş formada əsaslandırılmış akt tərtib olunur. Akt iki nüsxədə tərtib olunur və bir nüsxəsi şəxsə təqdim edilir. Şəxs aktı aldığı gündən 5 gün müddətində dəqiqsizlikləri aradan qaldırıb vergi orqanına təqdim etməlidir. Təqdim edilmiş ərizədə dəqiqsizliklər olmadıqda şəxs qeydiyyata alınır və bu barədə şəxsə vergi orqanı tərəfindən bildiriş göndərilir. Şəxs yuxarıda göstərilən qaydada dəqiqsizlikləri aradan qaldırmadıqda və qeydiyyata alınmadıqda qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. ƏDV ödəyicisinin qeydiyyat bildirişi ƏDV ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. ƏDV ödəyicisinin qeydiyyat bildirişi itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında ona bildirişin surəti verilir.

Mündəricat
1 Misal
1.1 Vergisiz
1.2 Şimali Amerikalı (Kanadada əyalət və ABŞda dövlət) satış vergisi ilə
1.3 ƏDV ilə
2 Vergi dərəcələri
2.1 Avropa İttifaqına daxil olan ölkələr
2.2 Avropa İttifaqına daxil olmayan ölkələr
3 İstinadlar


Misal

Bir məhsulun istehsalı və satışını təsəvvür edin. Onu da "şey" adlandırarıq. "Gəlir" əvəzinə də biz "cəm fərq" istifadə edəcəyik. Gəlir isə bütün xərcləri (icarə, maaş) ödəməkdən sonra qalan hissə olacaq.

Vergisiz
İstehsalçı şeyi yaratmaq üçün xammala $1.00 xərcləyir.
Şey sonra pərakəndə ticarətçiyə $1.20 qiymətlə topdan satılır, və $0.20 cəm fərq gətirir.
Pərakəndə ticarətçi isə şeyi son istehlakçıya $1.50-ə satır və $0.30 olan cəm fərq əldə edir.

Şimali Amerikalı (Kanadada əyalət və ABŞda dövlət) satış vergisi ilə

10% satış vergisi ilə:-
İstehsalçı şeyi yaratmaq üçün xammala $1.00 xərclənir və sübut edir ki, o son istehlakçı deyil.
İstehsalçı pərakəndə ticarətçidən $1.20 tələb edir, yoxlayır ki o son istehlakçı deyil və $0.20 olan cəm fərq əldə edir.
Pərakəndə ticarətçi istehlakçıdan $1.65 ($1.50 + ($1.50 x 10%)) tələb edir, dövlətə $0.15 ayrılır, və $0.30 cəm fərq ilə qalır.

Deməli, istehlakçı 10%($0.15) əlavə ödəyir, və dövlət eyni məbləğdə vergi yığır. Pərakəndə ticarətçilər heç bir vergi birbaşa ödəməyiblər (bunu istehlakçı edib), amma onlar kağız işini görməlidi ki, dövlət yığılmış satış vergisini təstiq etsin. Tədarükçülər və istehsalçılar ancaq düzgün sənədləşmə aparmaq və onların müştərilərinin son istehsalçı olmamasını yoxlamaq inzibati öhdəliyi daşıyırlar.

ƏDV ilə

10% ƏDV:
İstehsalçı xammala $1.10 ($1 + ($1 x 10%)) ödəyir, və xammalın satıcısı dövlətə $0.10 ayrılır.
İstehsalçı isə pərakəndə ticatətçidən $1.32 ($1.20 + ($1.20 x 10%)) götürür və dövlətə $0.02 ($0.12 minus $0.10), $0.20 cəm fərq ilə qalarkən ($1.32 – $0.02 – $1.10 = $0.20).
Pərakəndə ticarətçi isə son istehlakçıya $1.65 ($1.50 + ($1.50 x 10%)) qiymət qoyur və dövlətə $0.03 ($0.15 minus $0.12) verir və $0.30 ($1.65 – $0.03 – $1.32 = $0.30) cəm fərq ilə qalır.

ƏDV ilə istehlakçı satış vergisi ilə eyni məbləği ödəyib. Şirkətlər vergiyə bir şey xərclənməyib. Onların öhdəliyi ancaq lazimi sənədləşməni aparmaq və yığılan və verilən ƏDVləri göstərmək idi. Lakin onlar öz alıcılardan onların son istehlakçı olmamasının sübutu tələb etməkdən azaddılar, həm də öz tədarükçülərə bunu sübut etməyə bilər.

ƏDV sisteminin üstünlüyü odur ki, satış vergisi olanda satıcılar öz alıcılarının son istehlakçı olub-olmamasını yoxlamaq stimulu yoxdur. Başqa sözlərlə, vergi verənin vergi yığmaq meyli yoxdur. Amma ƏDV olan zaman bütün satıcılar vergi yığıb dövlətə göndərirlər. Alıcı ödənilmiş ƏDV geri almaq istəyir, amma bunun üçün öz hüququnu təstiq etməlidir. Ona görə onun əlində ƏDV köçürməsini və təchizatçının ƏDV qeydiyyat nömrəsini göstərən qayimə olmalıdır.


Tarix: 19.03.2013 / 21:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 543 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari