beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Standard Insurance

Standard Insurance” sığorta şirkəti “AB Standard” Şirkətlər Qrupunun üzvüdür. “Standard Insurance” sığorta şirkəti 2002-ci ilin fevral ayında məhdud məsuliyyətli cəmiyyət hüquqi statusu ilə təsis edilib. Həmin ilin 21 oktyabr tarixindən etibarən fəaliyyətə başlayan şirkətin nizamnamə kapitalı başlanqıcda 600 000 yeni Azərbaycan manatına bərabər idi (3 milyard AZM). Elə ilk gündən “Standard Insurance” 28 sığorta növü üzrə sığorta xidməti göstərməyə başladı.

Qısa müddət ərzində “Standard Insurance” Azərbaycanın ən sürətlə inkişaf edən sığorta şirkətlərindən birinə çevrildi.

2005-ci ildə “Standard Insurance” özünün keyfiyyəti idarəetmə sistemini qurub həmin il bu sistemin Beynəlxalq ISO 9001-2000 Standartına uyğunluğu barədə şəhadətnamə almışdır. Həmin ildə “Standard Insurance” sığorta şirkəti “Lloyd’s”un ən böyük brokerlərindən olan “AON” Qrupu tərəfindən “Etibarlı şirkətlər siyahısı”na (Security List) daxil edilmiş və indiyədək bu siyahıda yeganə Azərbaycan sığorta şirkəti olaraq qalmaqdadır.

2007-ci ilin tarixində şirkət öz hüquqi statusunu dəyişdirərək açıq səhmdar cəmiyyəti statusunu qəbul etmişdir. Cari ilin ən uğurlu hadisələrindən biri şirkətin Moody’s Investors Service tərəfindən B1 Maliyyə sabitliyi reytinqinə layiq görülməsidir.

Ötən illər ərzində şirkətin nizamnamə kapitalının artımı qabaqcadan planlaşdırılmış şəkildə mərhələlərlə həyata keçirilmişdir. 2007-ci ildə həyata keçirilən son artımdan sonra “Standard Insurance” ölkənin sığorta şirkətləri arasında ən yüksək nizamnamə kapitalına malik oldu. Hazırda şirkətin nizamnamə kapitalı 8 milyon manat (9,8 milyon ABŞ dolları) təşkil edir. Artıq bir neçə ildir ki, şirkətimiz Azərbaycan sığortaçıları arasında aparıcı mövqe tutur. Bununla yanaşı, son iki il ərzində “Standard Insurance” sığorta bazarının ümumi inkişaf templərindən xeyli yüksək dərəcədə inkişaf etmişdir. Konkret rəqəmlərə müraciət etsək, keçən il şirkətin topladığı sığorta haqlarının həcmi 9,59 milyon dollar təşkil edərək 2005-ci ildəki analoji göstəricisini 36% üstələmişdir. Müqayisə üçün qeyd edək ki, 2006-cı ildə ölkədə sığorta sektorunun inkişafı 7%-dən çox olmamışdır.

Şirkətin fəaliyyətinin yüksək effektivliyini də qeyd etmək yerində olardı. 2006-cı ilin nəticələrinə görə “Standard Insurance” əldə edilmiş mənfəət həcminə görə Azərbaycan sığorta şirkətləri arasında ən yüksək nəticə əldə etmişdir.

Hal-hazırda şirkət 4 növ icbari və 24 növ könüllü sığorta xidməti göstərir. “Standard Insurance” şirkətinin uğuru bir neçə amildən irəli gəlir. Bunların arasında hər şeydən əvvəl, şirkət rəhbərliyinin planlı fəaliyyətini və şirkətin professional komandaya malik olmasını qeyd etmək lazımdır. Eyni zamanda, bazarın inkişaf təmayüllərini qabaqlamaq və beləliklə sığortaçıların əsas qrupundan həm kəmiyyət, həm də keyfiyyət baxımından xeyli irəlidə olmaq kimi daimi səylərimiz də aktiv stimullaşdırıcı faktorlardan biridir.

“Standard Insurance” şirkətinin başlıca məqsədi həm Azərbaycan Respublikası vətəndaşlarını, həm də əcnəbiləri aktual risklər üzrə sığorta xidmətləri ilə əhatə etməkdir. Bu məqsədlə şirkət Bakıda, həmçinin ölkənin regionlarında nümayəndəliklər və agent bazasını genişləndirməkdədir. Şirkət əhalininin sığorta savadının artırılmasına hərtərəfli şərait yaratmaq, ümumilikdə bütün sığorta sahəsinə qarşı etibarını gücləndirmək, xidmətlərin spektrini genişləndirmək və yaxşılaşdırmaq niyyətindədir. Bunun üçün lazımi maliyyə resurslarına malik olan “Standard Insurance” gələcəkdə xarici şirkətlərin sığortalanması istiqamətində də fəaliyyət göstərəcək.


Tarix: 18.03.2013 / 19:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 277 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari