beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan valyutası

Azərbaycan manatı — Azərbaycan Respublikasının pul vahididir. Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" imzalanmış Fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılmışdır.

Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Manatın emissiyası və tədavüldən çıxarılması hüququ yalnız dövlətin müstəsna mülkiyyətində olan Mərkəzi Banka mənsubdur.[1]

Yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulmuşdur.[2]
Sikkələr: 1, 3, 5, 10, 20, 50 qəpik
Əsginazlar: 1, 5, 10, 20, 50, 100 manat

Yeni Azərbaycan manatı 28 dekabr 2005-ci ildə ölkə ictimaiyyətinə təqdim olunmuşdur. Mərkəzi Bankın sifarişi əsasında Vitam Reklam Şirkəti tərəfindən hazırlanan təqdimat mərasimi Excelsior Hoteldə baş tutmuşdur. Təqdimat mərasimində ölkə prezidenti, yüksək vəzifəli dövlət məmurları və Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri iştirak etmişlər.Mündəricat
1 Növbəti nəsil pul nişanlarının dizaynının hazırlanması ilə əlaqədar layihə planı
2 Əsginazlar
2.1 1 manat
2.2 5 manat
2.3 10 manat
2.4 20 manat
2.5 50 manat
2.6 100 manat
3 Qəpiklər
3.1 1 qəpik
3.2 3 qəpik
3.3 5 qəpik
3.4 10 qəpik
3.5 20 qəpik
3.6 50 qəpik
4 Azərbaycan manatının tədavül tarixi
4.1 Keçmiş manat əskinasları və qəpikləri
5 Xarici keçidlər
6 İstinadlar


Növbəti nəsil pul nişanlarının dizaynının hazırlanması ilə əlaqədar layihə planı

Mərkəzi Bank tərəfindən ən son texnologiyalar əsasında tam avtomatlaşdırılmış Nağd Pul Mərkəzinin yaradılması, nağd pulun idarə edilməsinin menecment informasiya sistemlərinin, pul nişanlarının müasir dizayn, loqistika və ekpertizası institutlarının, habelə yeni hesabatlıq sisteminin və iqtisadi təhlil bazasının yaradılması kimi layihələrin realizasiyasına başlanılmışdır.

Eyni zamanda, Mərkəzi Bank milli valyutada pul nişanlarının etibarlığını və cəlbediciliyini yüksək səviyyədə saxlamaq üçün müasir tələblərə cavab verən növbəti nəsil pul nişanlarının dizayn və mühafizə fəlsəfəsinin hazırlanması ilə əlaqədar müvafiq layihənin realizasiyasına başlamışdır.

Mərkəzi Bank milli valyutada pul nişanlarının etibarlığını və cəlbediciliyini yüksək səviyyədə saxlamaq üçün müasir tələblərə cavab verən növbəti nəsil pul nişanlarının dizayn və mühafizə fəlsəfəsinin hazırlanması ilə əlaqədar müvafiq layihənin realizasiyasına başlamışdır.[3]

Əsginazlar

1 manat

Yazı və ədəbiyyat mövzusuna həsr olunmuşdur.

Əsginaz 120x70 mm ölçüdə olan xüsusi kağızda çap olunmuşdur.Əsginazın üz tərəfində Azərbaycanın milli musiqi alətlərinin – tar, kamança və dəfin qrafik təsvirləri verilmişdir. Arxa fonda qədim Azərbaycan xalçasının naxışları vardır.Əsginazın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri və Azərbaycanın milli ornamentləri verilmişdir.

Mühafizə elementləri:

Əsginazın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.


5 manat

Yazı və ədəbiyyat mövzusuna həsr olunmuşdur.

Əsginaz 127 x 70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əsginazın üz tərəfində ədəbi simalar, qədim kitablar, dövlət himnindən parça çap olunmuşdur. Əsginazın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri verilmiş, Azərbaycanın inkişaf tarixi – Qobustan qaya heroqlifləri, Orxon–Yenisey abidələri əlifbası, müasir yazımız çap edilmişdir.

Mühafizə elementləri:

Əsginazın üz tərəfində üzərində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultra bənövşəyi elementlər vardır.


10 manat

Tarix mövzusuna həsr olunmuşdur.

Əsginaz 134 x 70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur.Əsginazın üz tərəfində Qədim Bakı, Şirvanşahlar sarayı, Qız qalası köhnə Qala divarlarının fonunda verilmişdir.Əsginazın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycan xalçasının tipik naxışları çap edilmişdir.

Mühafizə elementləri:

Əsginazın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.


20 manat

Qarabağ mövzusuna həsr olunmuşdur.

Əsginaz 134 x 70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur.Əsginazın üz tərəfində qüdrət nişanəsi-qılınc, dəbilqə, qalxan və Sülh rəmzi "Xarı Bülbül" təsvir olunmuşdur.Əsginazın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycanın milli naxışları çap edilmişdir.

Mühafizə elementləri:

Əsginazın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.


50 manat

Təhsil və gələcək mövzusuna həsr olunmuşdur.

Əsginaz 148 x 70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əsginazın üz tərəfində gələcəyin timsalı, yüksəliş əlaməti – pillələr, güc və işıq nişanəsi – günəş, elm rəmzi – kimyəvi və riyazi simvollar təsvir olunmuşdur. Əsginazın arxa tərəfinində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Qədim Azərbaycan xalçalarının ornamentləri çap olunmuşdur.

Mühafizə elementləri:

Əsginazın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.


100 manat

İqtisadiyyat və inkişaf mövzusuna həsr olunmuşdur.

Əsginaz 155 x 70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əsginazın üz tərəfində inkişafın qədimdən bu günə memarlıq rəmzləri, Azərbaycan manatının və iqtisadi artımın simvolları təsvir olunmuşdur.Əsginazın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, ənənəvi Azərbaycan xalçasının səciyyəvi naxışları çap edilmişdir.

Mühafizə elementləri:

Əsginazın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.
Azərbaycan manatının tədavül tarixi

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, suverenliyin əsas atributlarından sayılan milli valyuta olan manat 1992-ci ilin 15 avqust tarixindən etibarən tədavülə buraxılıb. [4]

1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq əsginaslar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əsginas, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manat nominallı kağız əsginaslar dövriyyəyə buraxılıb.

Azərbaycan Respublikasının birinci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib. Yeni dizaynla 1 və 10 manatlıq əsginaslar həmin şirkətdə istehsal olunub.[5]

Azərbaycanın müstəqil olduqdan sonrakı dövrdə pul vahidlərinin bir çoxunun "Educational Coin Company" şirkəti istehsal etmişdir. Şirkət yeni manatlardan sadəcə 1 manatlıq əskinasın istesalçısıdır [6]. Şirkət eyni zamanda tanınmamış Dağlıq Qarabağ


Tarix: 19.03.2013 / 21:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 388 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari