Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Büdcə

Büdcə (budget) – (qədim Normand dilindən - bougette - pulla dolu çanta, dəri çanta, pul baglaması, pul kisəsi,) - hər maliyyə ili üçün iqtisadi subyektin xərclərini və gəlirlərini əhatə edən illik maliyyə planıdır. Bu, gələcək xərcləri və gəlirləri, onların detallaşdırılmış təsvir və tətbiqini hesablayır. Sonuncuya büdcə qeydləri də daxildir.

Büdcə avansı

Hər hansı dövlət xərcinin icra edilməsi üçün büdcə sənədlərinə xərc yazılmadan ödənilən nağd vəsaitdir. Məsələn, tenderi udan hər hansı bir şirkətin işə başlaya bilməsi üçün ona avans verilir. Bu avansın qarşılığı olan iş görülüb xərcləmə sənədləri təqdim edildikdə büdcəyə həmin xərclər yazılır və avans müqaviləsi bağlanır.

Büdcə hesabı

Hər hansı məqsədlərin reallaşması üçün dövlət tərəfindən birbaşa maliyyələşdirilən müəssisənin, təşkilatın bank hesabı. Həmin müəssisə bu hesabdan yalnız nəzərdə tutulan məqsədlər üçün istifadə edə bilər.


Tarix: 19.03.2013 / 21:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 81 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...