beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

AGBank

Tarixçə

AGBankın iş prinsipləri müştərilərin maraqlarının qorunması, məsuliyyət, etibar, ehtiyat və peşəkarlıq üzərində qurulur bu da, onun müvəffəqiyyətli işinin əsasını təşkil edir.

“Azəriqazbank” Açıq Səhmdar Cəmiyyəti 1992-ci ildə təsis olunmuşdur. Hal-hazırda “AGBank” ASC Azərbaycanın aparıcı banklarından biri hesab olunur.

AGBank Azərbaycanın ən fəal banklarından biri olduğu ilə yanaşı, 15 sentyabr 1993-cü ildən etibarən Bakı Fond Birjasının fəal iştirakçısıdır.

AGBank 1997-ci ilin may ayından başlayaraq Avropa Birliyinin Partner Fondunun RARP-1 proqramı çərçivəsində aqrarsənaye layihələrinin maliyyələşdirilməsinə başlayan ilk bank olmuşdur. Bu proqrama əsasən Azərbaycanın Mingəçevir şəhərində iri dəyirmanın tikilməsi üçün ayrılmış kreditlə yanaşı cəmi 2.97 milyard manat məbləğində 4 kredit ayrılmışdır. RARP-1 proqramının borc fondu tam həcmdə geri qaytarılmışdır. 1998-ci ilin oktyabr ayında Avropa Yenidənqurma və İnkişaf Bankı ilə AGBank ASC arasında AGBankın inkişafı proqramının hazırlanması üzrə müqavilə imzalanmışdır. Bu proqramın əsas mahiyyəti bank işinin dünya standatlarına yaxınlaşdırılması olmuşdur. Məsləhətçilərin gərgin işi nəticəsində yerli şərtləri və xüsusiyyətləri nəzərə alan dünya standartlarına uyğun struktur hazırlanmışdır.

2000-ci ildən etibarən bankın auditoru PRİCEWATERHOUSECOOPERS beynəlxalq audit şirkəti hesab olunur.

Bankın əsas fəaliyyət istiqaməti Azərbaycan Respublikasının istehsal və ticarət sektorlarının maliyyələşdirilməsinə yönəldilmişdir.

AGBank Azərbaycanda kiçik və orta biznesin maliyyələşdirilməsi proqramı üzrə Beynəlxalq Maliyyə Korporasiyasının yeganə bank-agentidir. 1998-ci ilin iyun ayında AGBank bu layihə çərçivəsində ilk dəfə olaraq ssuda ayırmış və tam olaraq 400 000 ABŞ dolları məbləğində birinci tranşı istifadə etmişdir. Kreditləşmənin obyektləri dəyirman, mebelin yığılması kimi istehsal və tipoqrafiya, fotolaboratoriya, dəlləkxana kimi xidmət sahələri olmuşdur.

Bankın perspektiv kredit portfelinə 450 000 ABŞ dolları məbləğində olan layihələr daxildir. 2002-ci ilin aprel ayında isə bank BMK qarşısında olan birinci tranş üzrə öhdəliyini təyin olunmuş qrafik üzrə tam şəkildə ödəmişdir. Bu proqramın işi zamanı bank dünya standartlarına uyğun olaraq kiçik və orta biznesin kreditləşməsi sahəsində tələb olunan təcrübəyə yiyələnmişdir. Bankda Kredit Komitəsi fəaliyyət göstərərək, kredit riskləri ilə əlaqədar qərarlar qəbul edir.

8 mart 2003-cü ildə BMK və AGBank arasında bağlanmış çərçivə sazişinə əsasən banka1 200 000 ABŞ dolları məbləğində kredit xətti ayrılmışdır.

19 sentyabr 2003-cü ildə AYİB və AGBank arasında bağlanmış çərçivə sazişinə əsasən banka 1 000 000 ABŞ dolları məbləğində kredit xətti müəyyən olunmuşdur.

24 sentyabr 2004-cü ildə Alman-Azərbacan Fondu və AGBank arasında çərçivə sazişi imzalanmışdır. Bu sazişə əsasən banka 5 000 000 avro məbləğində kredit xətti müəyyən olunmuşdur. Bankın investisiya proqramına əsasən Alman-Azərbaycan Fondunun vəsaitləri kiçik və orta biznesin maliyyələşdirilməsinə yönəldilmişdir.

30 iyun 2004-cü ildə Müsabiqə Komissiyasının (Komissiya Maliyyə Nazirliyi və Milli Bank nümayəndələrindən ibarət idi) qərarına əsasən “AGBank”ASC kredit təşkilatı Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsinə icazə almışdır.

2 iyul 2004-cü ildə tərəflər arasında saziş imzalanmışdır. Sazişin şərtlərinə əsasən 12 397 000 000 manat məbləğində kredit xətti müəyyən olunmuşdur.

27 sentyabr 2004-cü ildə AYİB ilə AGBank arasında kiçik və orta biznesin maliyyələşdirilməsi üçün 2 000 000 ABŞ dolları məbləğində kredit xəttinin ayrılması haqqında müqavilə imzalanmışdır. 2005-ci ilin avqust ayında AYİB tərəfindən ayrılmış vəsait istehsal və xidmət sahələrində sahibkarlıq subyektlərinə tam olaraq istifadə olunmuşdur.

14 oktyabr 2005-ci ildə AYİB banka 1 500 000 ABŞ dolları məbləğində əlavə kredit xətti ayırmışdır.

14 aprel 2006-cı ildə bank ilə AYİB arasında kiçik və orta biznes sahələrinin maliyyələşdirilməsi üçün 2 000 000 ABŞ dolları məbləğində kredit müqaviləsi imzalanmışdır.

30 iyun 2006-cı ildə bank ilə BMK arasında kiçik və orta biznesin maliyyələşdirilməsi və lizinq əməliyyatları üçün 3 000 000 ABŞ dolları məbləğində kredit müqaviləsi imzalanmışdır. AGBank Azərbaycan bankları arasında Malayziya eksport-import bankının kredit xəttini almış ilk bank olmuşdur. Kredit xətti 1,5 milyon ABŞ dolları məbləğində ticarət sahələrinin (akkreditivlərin dəstəklənməsi, qarantiyaların verilməsi və s.), postmaliyyələşdirmənin maliyyələşdirilməsi üçün ayrılaraq, bu ödəmənin həyata keçirildiyindən sonra kreditin real vəsaitə çevrilməsinə imkan yaratdı. Bu kredit xəttinin çərçivəsinə əsasən hər layihə iki ilə qədər maliyyələşdirilə bilər. Malayziya Eksimbankının kredit xətti Malayziya mallarının və avadanlığının Azərbaycana gətirilməsinın maliyyələşdirilməsinə yönəldilmişdir.

Beynəlxalq hesablaşmalar və müxbir əlaqələr

Bank ABŞ, Almaniya, Niderlandiya, Rusiya, Belçika və digər ölkələrin banklarında iri həcmli müxbir hesablar şəbəkəsinə, həmçinin Fransa, İsrail, Avstriya, BƏƏ, Türkiyə, Latviya və digər ölkələrdə isə müxbir əlaqələr şəbəkəsinə malikdir.

Bankda korporativ idarəetmə sisteminin tətbiqi

2004-cü ildə bank ilə Azərbaycan Bank Tədris Mərkəzi bankın 2004-2007-ci illər üçün strateji planın hazırlanması və korporativ idarəetmə sisteminin təkmilləşdirilməsini davam etdirdilər.

Plastik kartlarla əməliyyatlar

1998-ci ildə MasterCard beynəlxalq ödəmə sistemi ilə əməkdaşlığa başlayan AGBank 2 mart 2004-cü ildə sistemin prinsipal üzvlük statusunu qazandı. 2002-ci ildən Visa beynəlxalq ödəmə sisteminin üzvü olan bank 29 oktyabr 2006-cı ildə bu sistemin prinsipal üzvünə çevrildi.

Bank öz strateji inkişaf planına uyğun olaraq plastik kartlar ilə əməliyyatların inkişafı üzrə fəal siyasət aparır. Bu gün bank müştərilərinə Visa və ya MasterCard beynəlxalq ödəmə sistemi ilə plastik kartlar rəsmləşdirərkən 18 cür plastik kart məhsulu təklif edir. Hal-hazırda 27 000 artıq plastik kart məhsulu buraxılmışdır. Bank müştərilərinin istəklərinə və ehtiyaclarına böyük diqqətlə yanaşaraq xidmətlərinin qiymətlərini aşağı salır. AGBankın xidmətlərinə qiymətlərin endirilməsinin üsullarından biri də plastik kartların müstəqil surətdə buraxılmasıdır.

AGBank artiq yalniz ad deyil, bu xüsusi iş üslubudur

Azərbaycan iqtisadiyyatının dinamik inkişafı şəraitində, AGBank bank məhsullarının, xidmətlərinin və yüksək texnologiyaların inkişafı üçün əlindən gələni eləyir. 2004-cü ilin iyun ayında AGBankın yeni ekskluviz məhsulunun – AGClubın təqdimetmə mərasimi keçirildi. AGClub- bu məhsulun nəinki Azərbaycanda, hətta bütün dünyada belə analoqu yoxdur.

2005-ci ilin fevral ayında AGBank öz innovasiya məhsulunu –“Uduşlu kupon”-nu təqdim etdi. Bütün MasterCard və Visa plastik kartlarının sahibləri AGBankın bankomatlarını istifadə edərək uduşlu kuponun sahibinə çevrilmək və müxtəlif hədiyyələr əldə etmək imkanı qazandılar.

2006-cı ilin iyul ayından AGBank ilə Anadolu Travel şirkəti Azərbaycanın plastik kartlar bazarında ilk dəfə olaraq Magellan kobrend kartının buraxılışına başladılar. Bu kart özündə MasterCard -ın bütün yaxşı xüsusiyyətləri ilə yanaşı bonus sistemini birləşdirmişdir.

2005-ci ildə AGBank 2005-ci ilin Korporativ bankı” nominasiyasında “Caspian Energy Award” mükafatını qazanmışdır.

2006- ildə bank “İlin bankı” nominasiyasında “Uğur” milli biznes-mükafatını qazandı.

Hal-hazırda AGBank tam həcmdə bütün bank xidmətlərini göstərir. AGBank müştərilə xidmət sahəsində böyük təcrübəyə, bank xidmətləri üçün müasir informasiya texnologiyalarına malikdir. Bankın əsas məqsədi: müştərilərə yüksək səviyyəli, dünya standartlarına uyğun bank xidmətləri göstərmək və bank xidmətləri bazarında liderliyi əldə etməkdən ibarətdir.


Tarix: 19.03.2013 / 20:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 438 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari